Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

45 ailənin torpaqlarını qanunsuz zəbt edən Mahir Quliyev - Video

Tutulan icra başçısı ilə bağlı inanılmaz faktlar...

Dünən Dövlət Təhlükəsizlik Xidməti tərəfindən şübhəli şəxs qismində saxlanılan, bu gün isə işdən çıxarılan Biləsuvarın icra başçısı Mahir Quliyevin törətdiyi əməllər barədə sensasion faktlar üzə çıxır.

PİA.az xəbər verir ki, bu gün bir qrup Biləsuvar sakininin saytımıza göndərdiyi videomüraciətdə M.Quliyevin sakinlərin qanuni istifadəsində olan torpaqları zəbt etməsindən, bununla da 45 ailənin çarəsiz duruma düşməsndən bəhs edilir.

Şikayətdə qeyd edilir ki, o öz səlahiyyətlərindən istifadə edib sakinlərin torpaqlarını sürücüsünün və bir neçə traktorçunun adına sənədləşdirərək, həmin ərazilərdə əkin əkdirirmiş. Sakinlər icra başçısının işdən çıxarılmasını həmin torpaqların yenidən onlara qaytarılması üçün bir fürsət olduğunu bildirirlər və Prezident İlham Əliyevdən xahiş edirlər ki, bunun üçün lazımı göstərişi versin.

Qeyd edək ki, M.Quliyevin sakinlərin torpaqlarını qanunsuz, hədə-qorxu, güc yoluyla zəbt etməsi ilə bağlı "BakuPost" bir neçə dəfə məlumat yayıb. Hələ 2017-cu ildə icra başçısının 100 fermerin torpağını əllərindən alması barədə geniş məqalə yayımlaşıdıq. Məqalədə qeyd edilirdi ki, M.Quliyev bir müddət əvvəl prezident İlham Əliyevin istifadəsiz qalan torpaqların yararlı sahələrə çevrilməsi ilə bağlı sərəncamından sui-istifadə edərək, istifadədə olan torpaqları da vətəndaşlardan zorla alıb satır. (Bakupost.az)

pia.az

 


Etiket: Mahir Quliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay