Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2019-cu ildə 3,6%-lik ÜDM artımı mümkündürmü? - Gələn ilin büdcə müzakirələri

Gələn ilə Ümumi Daxili Məhsul (ÜDM) artımı 3,6% olaraq proqnozlaşdırılır. Lakin 2018-ci ildə ÜDM artımı ilə bağlı proqnoz reallaşmamaqdadır. 2019-cu ildə 3,6% ÜDM artımını real hesab etmək olarmı?

Fikrət Yusifov: “Gələn ilin büdcəsinin pozitiv bir büdcə olduğu heç bir şübhə doğurmur”.

Vüqar Bayramov: “2018-ci ildə təxminən 1% iqtisadi artım nəzərdə tutulurdusa, 2019-cu ildə bu rəqəm 3.6%-ə qədər yüksələcək”.

Dünən Azərbaycanın 2019-cu il dövlət büdcəsinin zərfi açıqlanıb. 2019-cu il dövlət bücdə zərfinə əsasən gələn il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat, xərcləri 24 780,1 mln. manat proqnozlaşdırılır. 2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. mantı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların , 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlkirlərin payına düşür. 2019-cu il dövlət büdcəsinin gəlirlərinin 59,8%-i və ya 13 700,3 mln. manatı neft sektorunun 40,2%-i və ya 9217,2 mln. manatı qeyri-neft sektorunun payına düşür. 2018-ci ilin proqnozu ilə müqayisədə isə neft sektorunun gəlirləri 2,7% çox, qeyri-neft sektorunun gəlirləri isə 4,7% çoxdur.

Bəzi ekspertlərə görə, gələn il Azərbaycan iqtisadiyyatının inkişafında müsbət hallara rast gəlmək mümkün olacaq. Hətta Ukraynalı iqtisadçı ekspert Aleksandr Oxrimenkoya görə, gələn il Azərbaycanda iqtisadi artım tempi 3%-dən çox ola bilər. Ekspertin sözlərinə görə, neft qiymətlərinin artması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək və bu baxımdan “Moody's” beynəlxalq reytinq agentliyinin 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin artması proqnozu ilə razılaşmaq olar.

Bu ehtimallar fonunda 2019-cu ilin büdcəsi 2018-ci ilin büdcəsindən nəylə fərqlənir və büdcə zərfinin proqnozları nə qədər realdır? Gələn ilə Ümumi Daxili Məhsulu (ÜDM) artımı 3,6% olaraq proqnozlaşdırılır. Lakin bilirik ki, 2018-ci ildə ÜDM artımı ilə bağlı proqnoz reallaşmamaqdadır. 2019-cu ildə 3,6% ÜDM artımını real hesab etmək olarmı? Həmçinin gələn ilin büdcəsində neftin qiymətinin 60 dollardan götürülməsi bu və ya digər şəkildə risk daşıya bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Vüqar Bayramov“Ekonomiks” Beynəlzalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovun fikirlərini öyrənib.

Vüqar Bayramov: “Neftin qiyməti siyasiləşib və istənilən zaman qiymətdə kəskin azalmalar baş verə bilər”.

Gələn ilin dövlət büdcəsində bir sıra sahələr üzrə artımların olacağını ehtimal edən iqtisadçı ekspert Vüqar Bayram hesab edir ki, bu artım fonunda gəlirlərin yarısı məhz qeyri-neft sektorunun payına düşəcək:

“2019-ci ilin dövlət büdcəsində diqqət çəkən əsas məqamlardan biri odur ki, keçən illə müqayisədə gələn ilin büdcə gəlirləri və xərclərində artımlar qeydə alınacaq. Əslində bu, gözləniləndir. Çünki neftin qiyməti yüksək olduqda büdcəyə daxilolmalarda artım müşahidə olunur. Eyni zamanda 2018-ci ilin dövlət büdcəsində birinci mərhələdə neftin qiyməti öncə 45 dollar, daha sonra 55 dollar nəzərdə tutulmuşdusa, hal-hazırda təqdim olunan büdcə layihəsində qiymət 60 dollardır. Qiymətin 60 dollar nəzərdə tutulması neft sektorundan dövlət büdcəsinə daxilolmalara birbaşa təsir göstərir və daha çox vəsaitin dövlət büdcəsinə daxil olmasına imkan yaradır. Bununla yanaşı, qeyri-neft sektoru üzrə təxminən 5%-ə yaxın artım büdcə daxilolmalarında proqnozlaşdırılır.

Digər tərəfdən, 2019-cu il üçün iqtisadi artım tempi 2018-cı illə müqayisədə daha çoxdur. 2018-ci ildə təxminən 1% iqtisadi artım nəzərdə tutulurdusa, 2019-cu ildə bu rəqəm 3.6%-ə qədər yüksələcək. Demək olar ki, səhiyyə, sosial mənzillərin inşası və s. xidmətlər üzrə artımlar hiss olunacaq. Hesab edirəm ki, bu kontekstdə Azərbaycanın 34 rayonunun artıq dövlət büdcəsi hesabına vəsait almaması da əsas məqamlardan biridir.

Növbəti dövrlərdə də dotasiyadan azad edilən rayonların sayının artırılmasına ehtiyac var. Yanlız xüsusi hallarda dağ ərazisində yerləşən, maliyyə dəstəyinə ehtiyac olan rayonlar dotasiyasızlaşdırıla bilər. Digər hallarda isə rayonların dotasiyadan azad edilməsi məqsədəuyğundur. Bütövlükdə 2019-cu il dövlət büdcəsində gəlirlərin yarısı neftin, yarısı isə qeyri-neft sektorunun payına düşəcək. Düşünürəm ki, növbəti illərdə hökumət büdcə gəlirlərində qeyri-neft sektor payının ən azı 60%-ə çatdırılması üçün çalışmalıdır. 2018-ci illə müqayisədə gələn ilin büdcəsində əksər istiqamətlər üzrə artım baş verəcək.

Vüqar Bayramov: “Mövcud tələb və təklifə əsasən dünya bazarında gələn il üçün neftin qiyməti 60-65 dollar intervalında olacaq”.

Mövcud neft qiymətini və bp-nin hər həftəsonu verdiyi açıqlamasında neftin qiymətinin 60-65 dollar civarında olmasını nəzərə alsaq, gələn il üçün 60 dollar proqnozlaşdırılması az risklidir. Sözsüz, neftin qiyməti siyasiləşib və istənilən zaman qiymətdə kəskin azalmalar baş verə bilər. Lakin güman olunur ki, mövcud tələb və təklifə əsasən dünya bazarında gələn il üçün neftin qiyməti 60-65 dollar intervalında olacaq. Ümumən neftin istənilən qiymətində risk var.

ÜDM-ə gəlincə, məlum proqnoz həm də beynəlxalq maliyyə qurumu tərəfindən verilib. Bu gün “Azərlight” markalı neftin qiyməti 80 dollara, “Brent” markalı neft isə 75 dollara yaxındır. Digər məqam odur ki, Azərbaycan artıq 2019-cu ildə TANAP layihəsi vasitəsilə maye qazın Türkiyə bazarına daha çox çıxarılmasını təmin edəcək. Gələn il üçün ÜDM artımının daha çox proqnozlaşdırılmasının iki səbəbi var: neftin dünya bazarında qiyməti və TANAP vasitəsilə Azərbaycanın qaz ixracatının artmasıdır”.

Fikrət Yusifov: “Tikinti sektoru hərəkətə keçdiyi zaman iqtisadiyyatın qalan digər sahələrini də öz ardınca apara bilir”.

Gələn ilin dövlət büdcəsinin iqtisadiyyata müsbət təsirinin yüksək olacağını bildirən iqtisad elmləri doktoru Fikrət Yusifova görə, bu irəliləyiş keyfiyyət dəyişikliyində də özünü biruzə verəcək:

“2019-cu ilin büdcəsi cari ilin büdcəsindən ilk öncə gəlir və xərclərinin daha böyük olması ilə fərqlənir. Lakin büdcənin gəlir və xərclərinin strukturunda diqqəti cəlb edən elə məqamlar var ki, bunları növbəti ilin büdcəsində keyfiyyət dəyişiklikləri kimi dəyərləndirmək lazımdır.

Məsələn, növbəti ildə fiziki şəxslərin gəlir vergisindən tutulmaların 26%-dən çox azalması nəzərdə tutulur. Bu artıq bir qədər öncə Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirəsində vergilər naziri M.Cabbarovun qarşıdakı vergi islahatlarının vergi yükünün azaldılmasını hədəfləyəcəyinə dair verdiyi anonsun reallaşdırılması deməkdir. Vergi yükünü azaltmaqla, kölgə iqtisadiyyatının səviyyəsinin aşağı salınması hədəflənir.

##relatedPostMilli##

Digər məqam bəzi vergi daxilolmalarının əsaslı şəkildə artması ilə bağlıdır. Məsələn, gömrük sistemində aparılan islahatlara rəğmən gələn il bu sistemdən idxal əlavə dəyər vergilərinin 34,5%, gömrük rüsumlarının 49,7% artımı nəzərdə tutulur. Bu artıq büdcəyə gömrük daxilolmaları üzrə keyfiyyət dəyişikliklərindən xəbər verir.

Gələn ilin büdcəsində dövlət əsaslı vəsait qoyuluşunun 41,5% artımı nəzərdə tutulur ki, bu da iqtisadiyyatda ümumi artım templərini təmin edəcək əsas şərtlərdən biridir. Çünki tikinti sektoru hərəkətə keçdiyi zaman iqtisadiyyatın qalan digər sahələrini də öz ardınca apara bilir. Bir sözlə, gələn ilin büdcəsinin pozitiv bir büdcə olduğu heç bir şübhə doğurmur".

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar