Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

15 min vergi borcu olan şirkət BDU-nun 1,4 milyonluq tenderini uddu...

Bakı Dövlət Universitetin keçirdiyi tender müsabiqəsinin qalibi “Everest-2022” MMC (VÖEN – 1102578901) olub...

Yeniavaz.com xəbər verir ki, BDU İKT avadanlıqlarının satın alınmasına görə, “Everest-2022” MMC-yə 1 milyon 444 min 952 manat 53 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 manat olan “Everest-2022” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Həzi Aslanov (Lökbatan), ev 31A, mənzil 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur.

Qeyd edək ki, şirkət dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra onlarla tender müsabiqəsində qalib olmağa başlayıb. Nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları olan “Everest-2022” MMC barəsində açıq resurslarda heç bir məlumat yoxdur. Milyonlarla manat dəyəri olan tender müsabiqələrini udan şirkət fərqli dövlət qurumlarına fərqli sahələrə aid mallar satır.
Onu da bildirək ki, BDU-nun 1,4 milyon manatlıq tender müsabiqəsində qalib olan “Everest-2022” MMC-nin dövlət büdcəsinə 15 min 219 manat 87 manat vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.

BDU tender müsabiqəsiylə bağlı sənəd qəbulunu bu ilin yanvar ayında keçirib. “Everest-2022” MMC-nin yanvar ayında vergi borcu olmayıbsa, o zaman 15,2 min manatlıq borc son bir ay ərzində yaranıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Dövlət qulluğu vəzifələri üzrə test imtahanı keçirilib

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Azərbaycanın bəzi rayonlarında leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Ən çox oxunanalar