Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Yeri mənə rəis verib!" - Bakının bu küçəsində qanunlar işləmir? - Foto

"Yaxşı edirəm, satıram və maşını da burada saxlamışam. Mənlik deyil, bu yeri mənə rəis verib. Gedin, ondan soruşun".

Milli.Az bildirir ki, Bakının Nərimanov rayonunda, Əliyar Əliyev küçəsində piyada keçidinin üzərində AZ 10 SE 871 dövlət nömrə nişanlı QAZel markalı yük avtomobilini saxlayaraq qarpız satan şəxs belə deyib.

Bakı Modern Təhsil Kompleksinin qarşısında avtomobilini "stansionar" ticarət məkanına çevirmiş bu şəxs yaxınlıqda yaşayan sakinlərin həyatı ilə təhlükəsizliyinə real təhdid yaradıb.

Çünki piyada keçidindən istifadə edə bilməyən sakinlər yolu nəqliyyatın intensiv olduğu müxtəlif yerlərdən keçmək məcburiyyətində qalıblar.

Bundan başqa, "rəisin yeri" səbəbindən həmin küçə ilə hərəkət edən 24 saylı marşrut avtobusu dayanacada dayana bilmir, yerli sakinlər də məcbur qalaraq böyük məsafə qət edərək növbəti dayanacağa getməli olurlar.

Üstəlik, "rəis verən yer"in ətrafındakı natəmizlik, antisanitar vəziyyət, ətrafa saçılan üfunət qoxusu bir ayrı məqamdır.

Maraqlıdır, Nərimanov rayonunda qarpız sataraq qanunları eyninə almayan şəxsə hamilik edən "rəis" kimdir və Daxili İşlər Nazirliyi həftələrdən bəri davam edən qanunsuzluqdan xəbərdardırmı?.

Fotolar

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay