Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rusiyanın bəxti gətirib ki, rəqibi Azərbaycan yox, Ukraynadır..." - Nevzorov

Aleksandr Nevzorov
Məşhur Rusiya jurnalisti və televiziya aparıcısı

Son 20 ildə Rusiya raketlər, tanklar, bombalar, yürüşlər, təbliğat və öz hərbi gücü ilə öyünməkdən savayı HEÇ NƏ İLƏ məşğul olmayıb. "Stalin ordusuna pərəstiş" yetişib və förmalaşıb. Beyinlərə durmadan "zireh", "xəncər", "səsdən iti silah" və bu kimi anlayışlar pərçim edilib. Paradların gurultusundan qulaqlarımız batıb.

Ölkədə hər şey müharibəyə və onun aksessuarlarına işləyib. Yerdə qalanlara, həyati əhəmiyyət daşıyanlara "yollar tıxanıb". Adama elə gəlirdi ki, Rusiyanın bətnində elə bir hərbi maşın "yetişir" ki, bir- iki saata istənilən ölkəni və istənilən ordunu məhv etməyə qadir olacaq.

Belə təəssürat yaranıb ki, Rusiya qorxulu və ölümsaçan "div"dir. Sanki "analoqu olmayan" adında qədim iblisin özüdür ki, var. "Və tayqadan başlanan və Britaniya dənizlərinədək uzanan məkanda Putin ordusu hamıdan güclüdür".

Maraqlıdır ki, bu nağıla hamı inanırdı. Makronlar, merkellər və NATO əsməyə başladılar. Mütləq qabiliyyət Lavrovun xamlığı və bütün Rusiya DİN-i tərəfindən izhar edilirdi. Belə təəssürat yaratmaq mümkün oldu ki, heç demə dünya, əslində, Rusiyanın və onun rejiminin iltifatı və ABŞ, Almaniya, İtaliyaya və s. qarşı dözümlü yanaşması səbəbindən mövcuddur.

Lakin həqiqət anı yetişdi.

Puldan və silahdan "partlayan" bu div demək olar ki, silahsız, yoxsul, kiçik Ukrayna ilə əlbəyaxa oldu.

Bəli, NATO "xeyriyyəçiləri" Ukraynaya nəsə "xırda-xuruş" şeylər ötürürdü, amma bunlar onun bütün "döyüş gücünün" 1-2 faizi demək idi, silahlarının 98 faizi isə hələ sovetlərdən qalma köhnəlmiş, yüz dəfə lehimlənən, üçyüz dəfə rənglənən və mahiyyətcə bu gün gülüş doğuran zir-zibilə bənzəyir. Əlbəyaxa döyüşün taleyi bir-iki saata həll olunmalıydı.

Və birdən inanılmaz mənzərənin şahidi olduq.
Cəhənnəmi xatırladan "səma boyda" div, heç demə, qəddar cırtdan sehrbazmış. Sehr sovruldu. İmperiya adlanan nəsnə saxta çıxdı. Zəfər baş vermədi.

Hazırda Putin ordusu böyük itkilər verərək bir şəhərcikdən digərinə sürünə- sürünə qalıb, hər yerdə cəsur ukraynalıların əlindən qaçmağa məcburdur.

Mənin gördüklərim birinci çeçen savaşındakı Rusiya ordusundan heç nə ilə fərqlənmir. Həmin yarıtmaz komandanlıq, həmin xaos, həmin burnufırtıqlı çağırışçılardır. Və mənasız, nəticəsiz bombalamağa olan həmin ehtirasdır.

Birinci çeçen savaşının nə ilə bitdiyi yadınızdadır.

Ümumiyyətlə, hesab edək ki, Rusiyanın bəxti yaman gətirib ki, onun rəqibi, məsələn, Azərbaycan yox, Ukraynadır. Mən hələ Türkiyə kimi nəhəngdən danışmıram.

P.S. Mən yalnız soyuqqanlı siyasi diaqnoz qoydum. Xoşunuz gəlmirsə, başqa həkimə gedin.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Ən çox oxunanalar