Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nestle" bakteriya ilə çirklənməyə görə 2 milyon "Perrier" şüşəsini məhv edib

"Nestle Waters" Fransanın cənubundakı Qard departamentindəki quyularından birinin bakteriya ilə çirklənməsindən sonra 2 milyon şüşə "Perrier" mineral suyunu məhv edib...

Poliqon xəbər verir ki, bu barədə "Le Monde" qəzeti şirkətin açıqlamasına istinadən yazır.

"Nestle Waters" izah edib ki, mart ayında Monika qasırğası zamanı çox güclü yağış nəticəsində suyun tərkibində "nöqtəli mikrobioloji anormallıqlar" aşkar edilib. Qard departamentinin səlahiyyətliləri əlavə edib ki, martın 10-dan bir neçə gündür suyun "Escherichia coli və Pseudomonas aeruginosa" ilə çirklənməsi qeydə alınıb. Bununla əlaqədar olaraq səlahiyyətlilər "Nestle Waters"dan quyulardan birinin istismarını dərhal dayandırmağı tələb ediblər.

Yanvar ayında "Les Echos" qəzeti "Nestle Waters"ın Fransa bölməsinin ultrabənövşəyi işıq və karbon filtrlərindən istifadə edərək çirklənmiş suyu təmizlədiyi məlumatları dərc edib. Bu cür təmizləmə üsulları Aİ-də qablaşdırılmış mineral suyun istehsalı üçün qadağandır.

Fransa qəzetlərinin yazdığına görə, "Nestle Waters"ın Fransa bölməsi tərəfindən istehsal olunan içki markalarının üçdə biri qayda pozuntusu ilə istehsal edilib. Onların arasında "Perrier", "Vittel", "Hepar" və "Contrex" var. Fevral ayında "Foodwatch" İstehlakçıların Hüquqlarını Müdafiə Assosiasiyası hakimiyyət orqanlarından "Nestle Waters" şirkətini istehsal standartlarını pozduğuna, habelə bu barədə məlumatı gizlətdiyinə görə məsuliyyətə cəlb etməyi tələb etmişdi.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar