Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Müxalifət özünü hörmətdən salıb" - Murad Dadaşov

"Ya birinci gedərdim, ya da qalib olardım"...

"Məni "Maşın" şouya dəvət etsəydilər, razılıq verməyim çətin olardı. Ya birinci gedərdim, ya da qalib olardım".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Murad Dadaşov Murad Arifin "Popumuz var" layihəsində deyib. Şoumen "Maşın" şoudan söz açıb. O, layihəsinə qatılmayan məşhurlardan danışıb:

"Heç vaxt imkan vermərəm kimsə kimisə alçaltsın. Ayıbdır, mənim tərbiyəm buna imkan verməz. Atam, anam, uşaqlarım var. Elə hallar var ki, onları yayımlasaydım, tək Azərbaycanda yox, dünyada reytinqi alt-üst edərdim. Hətta iştirakçılar özləri də deyib, verin, razılaşmamışam".

Dadaşov keçirdiyi xəstəlikdən ilk dəfə söz açıb:

"Yuxuyla bağlı böyük problemim var. Xroniki xəstəyəm. Son iki ildə akne adlı fizioloji xəstəliyə yoluxdum. Həkimə getdim, dedilər aknodir. İnsan yuxuda keçinə bilər. Deyirlər, arıqlamalısan. İndi mən xortum şəklində cihazla yatmalıyam. Həkim dedi altı-yeddi il bunla yatmalısan. Dəhşətə gəldim ki, necə o qədər uzun illər ola bilər? Həkim söylədi ki, siz hardan bilirsiz o qədər yaşayacaqsız? Doğrudan da, biz elə düşünürük ki, yüz yaşa kimi yaşayacağıq".

Murad sosial şəbəkədə yazılan təhqirlərdən bəhs edib:

"Sosial şəbəkədə söyüşün biri bir qəpikdir. Heç bir tərəfi müdafiə etmirəm, hər kəsin acısını anlayıram. Heç kim bunu durduğu yerdə etmir. Onlar nədənsə küsüblər. Hərdən mənə də tənqid yazırlar. Amma insan özünə qarşı səbəbsiz tənqid eşidəndə, müəyyən vaxtdan sonra sırtıqlaşır. Bir vaxtlar gecələr yatmırdım, deyirdim, niyə mənə bunu deyirlər? Axı dövlət büdcəsindən bir manat pul yeməmişəm, kiminsə haqqına girməmişəm. Öz yerimdəyəm, kiminsə vəzifəsini tutmamışam. "Maşın" şoudur? Gəlin siz aparın. İndi nələr yazsalar da, təsir etmir. Dünyanın nə pullarını qazanmış insanlarla ünsiyyətdə oluram: şəxsi təyyarələri, gəmiləri... Mənə desələr ki, yerimizi dəyişək, bir-iki günlük edərəm. Amma həmişəlik yox, onların həyatını yaşamaq istəmərəm. Ailəmə, dostlarıma bağlı insanam. O adamlar çox soyuq olur. Qüdrətli insanlar elə qurbanlar verirlər ki, mən onları istəmirəm".

Şoumen iqtidar və müxalifət tərəfdaşlarından danışıb:

"Heç kimi "iqnor" etmirəm, yeri gələndə fikir bildirirəm. Mənim vətəndaş fikrim var. Hər iki tərəfin mühim insanları ilə əlaqəm var. Hətta bəzən körpü rolunu da oynayıram. Həm iqtidar nümayəndələrinə deyirəm ki, bu insan fərqlənir, onu kəsmək olmaz. Onun mövqeyi hakimiyyətə qarşı deyil, fikrini eşitmək lazımdır.

Müxalifət lageri tərəfdəki insanlarla da danışıram. Dostlar olmaz belə. Papulist ifadələrlə özlərini də hörmətdən salıblar. Ona görə də Azərbaycanda ciddi müxalifət yoxdur. Yaxşı bir şey deyil. Müxalifət olmaması cəmiyyət və dövlət üçün yaxşı deyir. Axırda olacaq, əminəm".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay