Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Milliyə mən yox, daha təcrübəli məşqçi lazımdır" - Tərlan Əhmədov

"Zirə" layiqli qələbə qazandı. Uşaq səhvlərindən 3 qol buraxdıq. Hansısa arxayınlıq var idimi, onu deyə bilmərəm. Görünən odur ki, komanda oyuna tam köklənə bilməyib. Bu baş verməli idi. Çünki 7 tur idi uduzmurduq. Bu, bizə böyük dərs oldu"

PİA.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 12-ci turunda "Zirə"yə uduzduqları oyundan (1:3) sonra mətbuat konfransında deyib.

O, penalti epizodu ilə bağlı da fikirlərini bildirib: "Söz vermişəm ki, hakimlik haqda danışmayacam. Əgər uduzmuşuqsa, penaltimizi verməyibsə, qapımıza penalti veribsə... Bizim futbolçuları hər dəfə əvəzləmə zamanı məcbur edirlər ki, yaxın yerdən çıx. Artıq qərar verilib. Məğlub olmuşuq, yalnız oyunumuz barədə düşünürəm. Hakim səhv edə bilər. Bəzi şeylər qarşılıqlı olmalıdır. Bizə məcbur edilənlər, rəqibə də olmalıdır. Sezarın qırmızı vərəqəsinə gəldikdə isə belə hərəkətlər nə hakim, nə də biz tərəfdən bağışlanır. Daxili kodeksə uyğun addım atılacaq".

Tərlan Əhmədov adının "Millinin baş məşqçisi vəzifəsinə sizin də adınız hallanır. Təklif olarsa, qəbul edərsiniz" sualını belə cavabllandırıb: "Adımın hallanması xoşdur. Amma "Keşlə" ilə müqaviləm var. Başladığım işi sona qədər davam etdirməliyəm. Düşünürəm ki, milliyə daha təcrübəli məşqçi lazımdır. Biz millini dirçəltməyə çalışmalıyıq. Bunun üçün də çox nüanslar lazımdır. İllərlə görüləsi məsələdir. Şəxsən mən yerli və təcrübəli mütəxəssis istərdim".

T.Əhmədov qarşıdan gələn "Sumqayıt" və "Qarabağ"la görüşlər haqda da danışıb: "Son turlarda məğlub olmurduq. Həddən artıq həyəcanlı idim. Dünənki toplantıda da futbolçulara da xəbərdarlıq edirdim. Sınma nöqtəsi ola bilərdi. Uduzsaq da, irəli ümidlə baxmalıyıq. Məğlubiyyət varsa, gələcəkdə qalibiyyət də olacaq. Sadəcə, düzgün nəticə çıxarmalıyıq".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Ən çox oxunanalar