Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bir il ərzində çox qapı döymüşəm” - Oksana yeni işindən danışdı

“Elə istedadlı gənclərimiz var ki, kölgədə qalırlar. Özləri də hara getməli, nə etməli olduqlarını bilmirlər. Belə gənclər üçün “M Teatr”da şəraitin yaranması çox gözəldir”.

Bu sözləri hind rəqslərinin mahir ifaçısı, aktrisa Oksana Rəsulova Bakupost.az -a açıqlamasında deyib.

O, teatrların önəmini qeyd edib:

“Çox təəssüflənirəm ki, sənətə aktyorluqla başlasam da, kino ilə davam etdim. Amma gərək teatrla davam edərdim. Çünki teatr aktyorluğun bünövrəsidir. Teatrı çox sevirəm. Uşaqlıqdan teatra baxıram. Çünki bunu valideynlərim mənə öyrədib. Daim Azərbaycanda olan tamaşalara gedib baxıram. Son bir ildə teatra əl atıb təhsilimi təkmilləşdirmək, təcrübə yığmaq istəyirdim. Bir il ərzində çox qapı döydüm, təkliflər də aldım. Vidadi Həsənov (“M Teatr”ın yaradıcısı – red.) bunu mənə təklif edəndə çox kövrəldim. Sanki mənzilimi tapdım. Biz Vidadi müəllimlə bir serial paylaşmışıq. O, 2017-ci ildə Xəzər TV-də yayımlanan “Lal yuxu” serialında atamı canlandırıb. Mən lal qız obrazında idim. Amma Vidadi müəllimi burada daha yaxından tanıdım. Vidadi Həsənovun adı böyük hərflərlə yazılmalıdır. O, peşəkar aktyordur. İndiyə kimi mənimlə bu cür çalışan nə rejissor, nə də aktyor olub. O, öyrətdiyini demir. O deyir ki, istedadını özünün görməyini istəyirəm. Məhz bu teatrda olduğum üçün qürur duyuram. Bizim tamaşamız olacaq. Məşqlər davam edir.

Bizim səhnələşdirdiyimiz pyes “Maraqlı fiqur və siçan qadın”dır. Onu oynamaq üçqat çətindir. Belə tip teatrların zövqü ondadır ki, uzaqdan baxdıqda aktyoru 20 faiz hiss edə bilirsən, amma yaxından baxanda aktyorun hər cizgisini görürsən və hiss edirsən”.

Aktrisa gənclərin teatra yanaşması ilə bağlı da danışıb:

“İndi gənclər sanki özlərini tapmayıblar. “TikTok”da aktyorluqlarını göstərirlər. Bizim teatrda kastinq də keçirilir. İnsanlar kastinqdən keçib teatra daxil ola bilərlər. Ən əsası da həmin gənclərin Vidadi müəllimdən bu şansı almasıdır. Elə gənclərimiz var ki, onların istedadı var, amma kölgədə qalırlar. Özləri də hara getməli, nə etməli olduqlarını bilmirlər. Belə gənclər üçün bu şəraitin yaranması çox gözəldir.

Bu mənim həyatımda yenilikdir. 2014-cü ildə Hindistanda “Rac Kapur” studiyasında da müsabiqə teatrlaşdırılmış səhnələr idi. Orada bizim qulaqcığımız var idi. Onunla səsimizi normallaşdırırdıq. Amma burada səsini özün tənzimləməlisən. Hər bir tamaşadan sonra rəylərin çox yaxşı olacağına inanıram”.(bakupost)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Paris-2024: Sərbəst güləşçisimuz bürünc medal qazanıb

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Rusiya Kiyev vilayətini atəşə tutub, ölənlər və yaralananlar var

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay