Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

 Rusiya MN: Ukraynada 6 minə yaxın əcnəbi muzdlu məhv edilib...

Müharibənin gedişatında Ukrayna ordusunun sıralarında döyüşən 6 minə yaxın əcnəbi muzdlu məhv edilib...

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, xüsusi hərbi əməliyyat zamanı Ukraynaya 13,5 mindən çox xarici muzdlu əsgər gəlib. Onların 8,5 mindən çoxu Avropadan, 1,7 mindən çoxu Asiyadan, 2,7 mindən çoxu Şimali və Cənubi Amerikadan, 220-dən çoxu isə Afrikadan gəlib.

Bildirilib ki, Rusiya qoşunları xüsusi hərbi əməliyyat zamanı 5,9 mindən çox muzdlu əsgəri məhv edib, 5,6 mindən çox muzdlu Ukraynanı tərk edib. Hazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarında 1,9 mindən çox əcnəbi muzdlu döyüşür.

Müdafiə Nazirliyinin materiallarında o da qeyd olunub ki, xarici dövlətlər Ukrayna Silahlı Qüvvələrinə 1,6 min ədəddən çox raket və artilleriya silahı, 200 ədəddən çox zenit-raket kompleksi, 5,2 min ədəddən çox zirehli texnika və 23 mindən çox dron verib.

Eyni zamanda Rusiya MN xarici ölkələrin Ukraynanı maliyyə yardımının həcmini də açıqlayıb. Bildirilib ki, Ukraynanı 54 ölkə dəstəkləyir və Kiyevə ayrılan maliyyə yardımının həcmi 203 milyard dollardan çoxdur.

Rusiya tərəfi iddia edib ki, ABŞNATO-nun 500-dən çox peyki Ukrayna ordusunun maraqları üçün fəaliyyət göstərir. Onlardan 70-dən çoxu hərbi və kəşfiyyat kosmik aparatları, qalanları isə ikili təyinatlı kommersiya peykləridir. Həmçinin, Ukrayna ordusu idarəetmə və rabitəni təşkil etmək üçün Starlink peyk sisteminin 20 mindən çox terminalından istifadə edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Ən çox oxunanalar