Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

МHP-nin Şuşada tikdirəcəyi məktəb Təhsil Nazirliyinə təhvil veriləcək

Ermənistanın işğalı altındakı Qarabağ torpaqları 30 il sonra Azərbaycan Ordusu tərəfindən qısa müddətdə işğaldan azad edildi”.

PİA.az-ın məlumatına görə, bunu bu gün Azərbaycana səfəri ilə bağlı keçirilən mətbuat konfransında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Ankaradan deputat Mevlüt Karakaya bildirib.

MHP sədrinin müavini deyib ki, Ermənistanın işğalı zamanı qətl edilən azərbaycanlıları, həm də son hərbi əməliyyat zamanı şəhidləri minnətlə anır, rəhmət diləyirlər: “Qarabağ zəfəri Türk millətinin son illərdə əldə etdiyi ən böyük zəfərlərdən biridir. Şuşanın azad edilməsi Qarabağ zəfərinin taclandıran zəfərlərdən biridir. Dövlət Baxçalı bildirib ki, Şuşanın inkişafı və bu şəhərdə yaşayan Türk övladlarının gələcəyi hamımızın məsuliyyətindədir. MHP sədri qeyd edib ki, Türkiyə Prezidenti və Azərbaycan Prezidenti uyğun sayarlarsa, Şuşada Ülkü Ocaqları məktəb tikilməsini istəyib və bunun adının Üzeyir Hacıybəyov adına məktəb olmasını təklif edib”.

M. Karakaya qeyd edib ki, yanvarın 29-da MHP nümayəndə heyəti Bakıya gəlib, Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və bu gün Prezident İlham Əliyevlə görüşüblər: “Yanvarın 30-da bu görüşlərin keçirilməsinin də tarixi bir anlamı var. 30 yanvar həm də Əhməd Cavadın müəllifi olduğu Azərbaycan milli marşının - Dövlət Himinin qəbul edildiyi tarixdir. Prezident İlham Əliyev məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verib. Biz Azərbaycan Prezidentinə təşəkkür edirik. Eyni zamanda Hikmət Hacıyevə və təhsil nazirinə də təşəkkür edirik”.

MHP sədrinin müavini nəzərə çatdırıb ki, ən qısa müddətdə məktəb layihəsi həyata keçiriləcək: “Ülkü Ocaqlarının Mədəniyyət və Təhsil Dərnəyi bu məktəbi Şuşa memarlığına uyğun tikəcək və Azərbaycan Təhsil Nazirliyinə təhvil verəcək. Məktəbdən istifadə ilə bağlı qərarı Təhsil Nazirliyi verəcək. 11 sinifli ibtidai məktəb tikiləcək. Bizim əsas hədəfimiz Şuşanın memarlığına, tarixinə uyğun olaraq bir binanın tikilməsidir”. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Ən çox oxunanalar