Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zurabişvili: “Gürcüstan Qafqazda mövqeyini gücləndirməlidir”

“Qafqazda sülh və sabitliyin bərqərar olmasına ehtiyac var”

Bunu Gürcüstanın yeni prezidenti Salome Zurabişvili inauqurasiya mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, sülh və sabitlik yalnız Qafqaz üçün deyil, insanlığın inkişafı üçün bütün dünyaya lazımdır:

“Gürcüstan Qafqazda mövqeyini gücləndirməlidir. Biz regionda tarixi rolumuzu qaytara və bu məsuliyyəti üzərimizə götürə bilərik”.

S.Zurabişvili Rusiyanın Qafqaz bölgəsi ilə qonşu olduğunu qeyd edərək deyib ki, ölkə beynəlxalq birliyin tamhüquqlu üzvü olmaq üçün regionda normal münasibətləri bərpa etməlidir:

“Bunun üçün Rusiya beynəlxalq hüququ tanıdığını sübut eməlidir. Bu, qonşu ölkələrlə bərabər və dinc münasibətlərin qurulması üçün lazımdır”.

Prezident çıxışında bölgədə həyata keçirilən iqtisadi layihələrə də toxunub:

“Gürcüstanın yerləşdiyi region dünya əhəmiyyətli iqtisadi layihələrin reallaşdırılmasına imkan yaradır. Biz, iqtisadi təhlükəsizliyin mərkəzi olmalıyıq və bununla ölkənin cəlbediciliyini artırmalıyıq.

Bunun üçün daha çox təşəbbüs və innovasiyalara ehtiyac var. Mən bütün qüvvəmlə investisiyaların cəlb olunması və yeni ideyaların təşviqini dəstəkləməyə hazıram”.

Dövlət başçısı Gürcüstanda müxtəlif millət və dinə mənsub insanların əsrlər boyu sülh şəraitində birgə yaşadığını vurğulayıb:

“Gürcüstanda heç bir antisemitizm halı olmayıb. Biz dözümlülük ənənəmizi nümunə olmaq üçün daha da möhkəmləndirməliyik. Beynəxalq aləmdə gürcü xalqının mədəniyyəti və özünəməxsusluğu barədə məlumatlılığı daha da artırmalıyıq”.(report.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar