Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zeynəb Xanlarovanın bacısı oğlu ölünü necə “dirildib”?

Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov ilə bağlı yeni fakt üzə çıxıb. Xalq artisitinin bacısı oğlu sən demə, ölü də “dirildə” bilirmiş.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Daşqın Nəsirov saxta sənədlərlə özünü 1980-ci ildə dünyasını dəyişən Quliyeva Cəvahir Saleh qızının nəvəsi kimi təqdim edərək mərhumun adına olan torpaq sahəsini ələ keçirib.

Məlumatı Cəvahir Quliyevanın nəvəsi Rza Zeynalov da təsdiqləyib. Onun iddiasına görə, Daşqın Nəsirov müvafiq qurumlara onun nənəsinin guya 2014-cü ildə dünyasını dəyişməsi barədə saxta sənəd təqdim edib:

“Sənədlərlə tanış olduqda məlum oldu ki, Dosti-zadə Ceyhun Oqtay oğlu, Nəsirov Daşqın Şirbala oğlu və hələlik məlum olmayan digər şəxslər əlbir olaraq Bakı şəhəri 33 saylı Dövlət Notariat Ofisinə saxta ölüm haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə, Türkan qəsəbə İcra Nümayəndəliyinin saxta arayışlarını təqdim edərək, guya Quliyeva Cəvahir Saleh qızının nəvəsi olması və guya Cavahir Saleh qızının 11 oktyabr 2014-cü il tarxidə vəfat etdiyini bildiriblər. Halbuki, nənəm 1980-ci ildə dünyasını dəyişib”.

Rza Zeynalov bununla bağlı Baş Prokurorluğa da müraciət edib.

Daşqın Nəsirov hazırda Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham olunur. Onun barəsində həbs-qətimkan tədbiri seçilsə də, sonradan Binəqədi Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Məhkəmə zərərçəkənlər və onların qanuni nümayəndəsinin Daşqın Nəsirovun məhkəmə dövründə həbsdə saxlanılması haqda vəsatətlərini təmin etməyib.

Cinayət işinə gəlincə, ittihama görə Daşqın Nəsirov 2 ahıl qadının – 80 yaşlı Əzizəxanım Atayevanın və mərhum Xumara Şabanovanın Türkan qəsəbəsində, dəniz sahilində yerləşən torpaq sahələrini saxtakarlıqla ələ keçirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Ən çox oxunanalar