Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zerkalnı Əliyar” polis idarəsinə çağırıldı - Video

Bakıda dəfələrlə yol hərəkəti qaydalarını kobudcasına pozan və sosial şəbəkələrdə görüntüləri yayılan “Zerkalnı Əliyar” adı ilə tanınan sürücü polis idarəsinə çağırılıb.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 77 yaşlı Dadaşov Əliyar Ələkbər oğlu barəsində çoxsaylı məlumatlar yayıldıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə çağırılıb. Onun barəsində tərtib edilmiş protokol, 4 bal və 100 manatlıq cərimə özünə elan edilib. Həmçinin dilindən bir daha bu tip hərəkətlərə yol verməyəcəyinə dair iltizam alınıb.

O da bildirilib ki, Azərbaycanda bu yaşda insanların inzibati məsuliyyətə cəlb edilərkən onlara inzibati həbs cəzasının verilməsi təcrübəsindən istifadə edilmir.

Qeyd edək ki, avqustun 20-si Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində nəqliyyat axınının əksinə hərəkət edən və digər nəqliyyat vasitələrinə təhlükəli vəziyyət yaradan “Toyota Prado” markalı avtomobilin görüntüləri yayılıb. Əvvəllər də dəfələrlə qəza şəraiti yaradan, bir neçə dəfə qəza törədən və cərimə edilən avtomobilin sürücüsünün ahıl şəxs olması cəmiyyətdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, videoda görüntülənən avtomobilin sürücüsü əvvəllər dəfələrlə məsuliyyətə cəlb edilib, o, intizamsız sürücü kimi tanınır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Ən çox oxunanalar