Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərifin Bakı və Yeravan səfəri, həmçinin Gürcüstanda baş verənlər... - Regionda suları kimlər bulandırır?

Hazırkı vəziyyətdə İranın Azərbaycan və Ermənistan arasında hansısa səviyyədə vasitəçilik missiyasını həyata keçirə biləcəyi ehtimalalrı varmı və İran hər iki tərəf üçün etibarlı tərəfdaş olaraq görünürmü?..

Politoloq: “İranın bölgədə maraqları olduğu üçün onun neytral vasitəçi missiyasını həyata keçirməsinə inam azdır. İranın vasitəçiliyi elə Rusiyanın vasitəçiliyi kimidir”.

“Gürcüstandakı azərbaycanlılara qarşı münasibət Azərbaycana olan beynəlxalq təzyiqlərin bir hissəsi kimi nəzərdən keçirilə bilər”.

Bu sözləri politoloq Nəzakət Məmmədova İran xarici işlər nazirinin yaxın günlərdə AzərbaycanErmənistana edəcəyi səfəri və Gürcüstanda anti-türk və anti-azərbaycan meyllərinin artma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən gecə İran xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb. Bakıdan sonra isə Zərif Yeravana səfər edəcək. Zərifin hansı gündəmlə Bakıya gəldiyi haqda heç bir məlumat yayılmasa da, son günlər Tehranla Yeravan arasında diplomatik təmaslar üst səviyyəyə çıxıb. Bu da müəyyən mənada onu deməyə əsas verir ki, Zərif Bakıya Yeravanın hansısa mesajını gətirə bilər. Və yaxud da İran AzərbaycanErmənistan sərhədində yaşanan gərginlik, həmçinin “Zəngəzur dəhlizi” ilə bağlı Bakı və Yeravanda müzakirələr apara bilər.

Regionda diqqət çəkən məsələlərdən biri də odur ki, son günlər isə Gürcüstanda anti-türk və anti-azərbaycan meylləri artmaqdadır. Xüsusən Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Ermənistana səfərindən sonra hadisələr daha da intensivləşib. Bir tərəfdən Tbiflisdə Türkiyənin inşa edəcəyi Namaxvan HES-ə qarşı kütləvi aksiyalar keçirilir, digər tərəfdən isə Gürcüstanda azərbaycanlılara qarşı hücumlar artır. Artıq soydaşlarımız arasında ölənlər və yaralananlar var.

Hazırkı vəziyyətdə İranın AzərbaycanErmənistan arasında hansısa səviyyədə vasitəçilik missiyasını həyata keçirə biləcəyi ehtimalalrı varmı və İran hər iki tərəf üçün etibarlı tərəfdaş olaraq görünürmü? Ümumiyyətlə bütün bunlar regionda gedən geosiyasi prosseslərlə əlaqəlidirmi, yoxsa Gürcüstanda baş verənlər təsadüfi və fərqli məsələlərdir?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Gürcüstandakı azərbaycanlılara təzyiq göstərməklə də Azərbaycana xəbərdarlıq etmək istəyirlər. Mən burada daha çox Qərb ölkələrinin rolunu görürəm”.

Gürcüstanda azərbaycanlılara qarşı təxribatların və hücumların artmasında, o cümlədən ortalığın qızışdırılmasında Rusiyanın heç bir marağının olmadığını düşünən politoloq PİA.az-a bildirib ki, bu daha çox ABŞ, əsasən də Fransa marağındadır:

İranın bölgədə maraqları olduğu üçün onun neytral vasitəçi missiyasını həyata keçirməsinə inam azdır. İranın vasitəçiliyi elə Rusiyanın vasitəçiliyi kimidir. Yəni mahiyyət etibarilə bir-birlərinə bənzəyirlər. Bir qayda olaraq vasitəçi ya da vasitəçilər bölgədə heç bir marağı olmayan ölkələrdən ibarət olmalıdır. Amma nə İran, nə də Rusiya bölgədə və vasitəçilikdə neytral deyil. Ümumiyyətlə Qarabağ münaqişəsinin həllində vasitəçilik edən tərəflərin heç biri tərəfsiz deyil və hamısının regionda bir-birinə zidd olan ciddi geosiyasi maraqları var. Bu da təbii münaqişənin həllinə mənfi təsir edən əsas faktordur. Buna görə də nə İranın, nə də digərlərinin vasitəçilik missiyasına inam o qədər də yüksək deyil.

Gürcüstandakı azərbaycanlılara qarşı münasibət Azərbaycana olan beynəlxalq təzyiqlərin bir hissəsi kimi nəzərdən keçirilə bilər. Azərbaycanın son dövrlərdə Ermənistanla sərhəddə yaşadığı insidentlə bağlı ölkəmiz həmsədr ölkələri tərəfindən təzyiqlərlə rastlaşır. Məsələn İranla sərhəddə dövlət sərhəd xidmətimizin iki əməkdaşının öldürülməsi, Gürcüstanda azərbaycanllara qarşı olan təzyiqlər onu göstərir ki, bunlar təsadüfü deyil.

Bildiyimiz kimi Gürcüstan böyük dövlətlərin geosiyasi savaş meydanlarından biridir. Yəni bölgədə ABŞ, Rusiya, Fransa və Türkiyə Gürcüstanda geosiyasi mübarizə aparırlar. Hesab edirəm ki, Gürcüstandakı azərbaycanlılara təzyiq göstərməklə də Azərbaycana xəbərdarlıq etmək istəyirlər. Mən burada daha çox Qərb ölkələrinin rolunu görürəm.

Nəzakət Məmmədova: “Fransa və ABŞ Azərbaycanın Ermənistana təzyiq göstərməsinə qarşı çıxaraq, Gürcüstandakı azərbaycanlıların sıxışdırılmasına rəvac verirlər. Bununla da Azərbaycana xəbərdarlıq edirlər”.

Bəziləri bu işdə Rusiyanı ittiham edirlər. Amma mən bu işdə Rusiyanın əlinin olduğuna inanmıram. Çünki hal-hazırda RusiyaAzərbaycanın münasibətləri yaxşı səviyyədədir. Əksinə Rusiya Azərbaycanın Ermənistana təzyiqini dəstəkləyir. Məsələn Qaragöl ətrafında gedən proseslərdə gördündü ki, Ermənistan nə qədər Kollektiv Təhlükəsizlik Müşavirəsi Təşkilatına (KTMT) müraciət etsə də, Rusiya Ermənistana yardım etməkdən birbaşa boyun qaçırdı. Bununla da Rusiya Azərbaycana imkan yaradır ki, Azərbaycan Ermənistana təzyiq göstərsin.

Buna görə də düşünürəm ki, Gürcüstanda azərbaycanlıların qızışdırılmasında Rusiyanın heç bir marağı yoxdur. Bu da çox ABŞ, əsas da Fransa marağındadır.

Fransanın Gürcüstanda böyük təsir imkanları var. Bildiyimiz kimi Fransa prezidenti Makron də Azərbaycana xəbərdarlıq etdi və öz tvitter səhvində erməni dilində paylaşım etdi. Bu da onu göstərir ki, Fransa Ermənistanı açıq və şərtsiz dəstəkləyir. Fransa və ABŞ Azərbaycanın Ermənistana təzyiq göstərməsinə çıxaraq, Gürcüstandakı azərbaycanlıların sıxışdırılmasına rəvac verirlər. Bununla da Azərbaycana xəbərdarlıq edirlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay