Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərərçəkənlərin Milli Məclisdən tələbi var - “Cəbrayılovun toxunulmazlığı qaldırılsın” - Video

Deputat Rafael Cəbrayılovla bağlı şikayətlərin ardı-arası kəsilmir. İş xanımı Məlahət Qurbanovanın ötən həftə açıqladığı faktlardan sonra digər şikayətçilər də hərəkətə keçiblər

Məhkəmə qərarı olduğu halda deputat və yaxınlarından özünün külli-miqdarda pullarını ala bilməyənlər, mənzil pulunu ödədikləri halda evsiz qalanlar Cəbrayılova qarşı birlikdə mübarizə aparmaq niyyətindədirlər.

Öz əl yazısı ilə borc aldığını etiraf edən, ancaq üç ildən bəri müxtəlif dövlət qurumlarının onu aldatdığını deyərək, borcunu ödəməyən deputat Cəbrayılovla bağlı sensasiyalı faktlar mətbuat konfransında açıqlanacaq. Aldığımız məlumatda deyilir ki, hazırda Məlahət Qurbanovanın vəkilləri sənədlər və digər faktlar üzərində çalışırlar. Digər şikayətçilərin əlində olan sənədlərin də toplanmasından sonra birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, deputat Cəbrayılovla bağll maliyyə aktları, borc müqavilələri, mənzil satışı ilə bağlı sənədlər və bu məsələdə şikayətçilərin əlini gücləndirən digər dəlillər hazırdır. Yaxın günlərdə şikayət səbəblərini media ilə bölüşəcək zərərçəkənlər eyni zamanda Milli Məclisdən Cəbrayılovun toxunulmazlığının qaldırılmasını da tələb edəcəklər.(Yenicag.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Ən çox oxunanalar