Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Cozef Baydenlə arasında görüş baş tutub...
“Report” xəbər verir ki, bu, müharibə başlayandan bəri Ukrayna rəhbərinin ilk xarici səfəri çərçivəsində planlaşdırılıb.
Prezidentlər Rusiyanın təcavüzünə qarşı mübarizədə gələcək əməkdaşlığı müzakirə ediblər.
***
"Mən Amerika xalqına, Prezidentə və Konqresə bizə çox lazım olan dəstəyə görə təşəkkür etmək üçün bu gün Vaşinqtondayam, həmçinin qələbəmizi yaxınlaşdırmaq üçün əməkdaşlığı davam etdirməyin vacibliyini çatdırmaq üçün".
PİA.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Tvitterdə bildirib.
"Mən Ukraynanın dayanıqlığını və müdafiə qabiliyyətini gücləndirmək üçün bir sıra danışıqlar aparacağam. Xüsusilə, ABŞ prezidenti Co Baydenlə Ukrayna və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik.
Gələn il biz Ukrayna bayrağını və azadlığını bütün torpağımıza, bütün xalqımıza qaytarmalıyıq" - deyə Zelenski bildirib.
***
Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona çatıb.
PİA.az APA-ya istinadən bildirir ki, bu barədə NBC kanalının jurnalisti Piter Aleksander məlumat yayıb.
***
APA-nın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.
Kanal bildirir ki, hazırda Ukrayna prezidenti yoldadır. Onun Ağ Evə saat 14.00-da (Bakı vaxtı ilə 23.00) çatması gözlənilir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi bildirib ki, ABŞ səfər müddətində Zelenskinin təhlükəsizliyini təmin etmək üçün rəsmi Kiyevlə sıx koordinasiyada işləyir.
pia.az