Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski: “Ruslar Xersonu tərk etmirlər, bu, informasiya əməliyyatıdır”

Prezident Vladimir Zelenski rus qoşunlarının Xersonu tərk etməyə hazır olmadığını və onların guya geri çəkilməyə hazırlaşmalarının informasiya əməliyyatı olduğunu söyləyib...

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Zelenski İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində danışıb.

"Mən onların (rusların – red.) Xersondan qaçdığını görmürəm. Bu, informasiya siyasətidir. Mən hər şeyi açıqlaya bilmərəm. Onlar bizim plan qurmadan daxil olmağımızı istəyirlər”, - deyə o, bildirib.

Jurnalistin rusların mülki əhalini Xerson vilayətindən çıxarması ilə bağlı arqumentinə cavab olaraq Zelenski "Çox deyil. Bu, teatrdır. Onların ən təlim keçmiş əsgərləri öz yerlərindədir, heç kim getməyib” cümləsini işlədib.

Dövlət başçısının sözlərinə görə, ruslar Ukrayna ordusunun Xersonda uğur qazanması halında, mühasirədən çıxa bilməyəcəklərini gözəl bilirlər.

"Onlar bu problemdən və təhlükəli vəziyyətdən xəbərdardırlar. Amma biz də bunun üzərində işləyirik", - deyə o qeyd edib.

Ukraynanın Xersonu azad edib-edə bilməcəyi barədə suala Zelenski "Əlbəttə bilər. Bu, çətindir, çünki biz Rusiyadan fərqli olaraq insan həyatına dəyər veririk. Rusiya üçün sabah nə qədər insanın ölməsinin heç bir əhəmiyyəti yoxdur. "Ora get və öl" deyə bilmərik. Ona görə də düşünürük, yollar axtarırıq, tərəfdaşlardan xahiş edirik ki, bizə daha çox zirehli texnika versinlər”, cavabını verib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar