Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski həftənin sonuna qədər Zalujnini ilə bağlı fərman imzalayacaq

Prezident Vladimir Zelenski həftənin sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeriy Zalujnını vəzifədən azad edən fərman imzalayacaq...

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.

Telekanal bir sıra digər KİV-lərin məlumatlarını təsdiqləyib ki, bazar ertəsi, yanvarın 29-da dövlət başçısının kabinetində Baş Komandanla görüş keçirilib və prezident onun vəzifəsindən azad edilməsi planlarını açıqlayıb. Tədbirdə müdafiə naziri Rustem Umerov iştirak edib.

CNN-in mənbələri qeyd ediblər ki, söhbəti sakit şəraitdə keçib. Prezident Baş Komandana başqa vəzifə təklif edib və o, bundan imtina edib.

Zelenski vurğulayı ki, Zalujnının yeni vəzifəni qəbul etməkdən imtina etməsi onun hazırkı vəzifəsindən azad ediləcəyi faktını dəyişmir. Prezident ofisi CNN-nin şərh sorğusuna cavab verməyib.

CNN-in məlumatına görə, hərbi kəşfiyyatın rəhbəri Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırskinin Baş Komandan vəzifəsinə namizədliyi nəzərdən keçirilir. The Times və The Economist-ə görə, hər ikisi təyinatdan imtina edib.

Dekabrda Kiyev Sosiologiya İnstitutunun keçirdiyi sorğu göstərib ki, Baş Komanda Zalujnını ukraynalıların 88%-i dəstəkləyir. Vladimir Zelenskinin reytinqi 62 faizdir.

The Washington Post qəzeti isə yazır ki, prezident müttəfiqləri hərbi dəstəyi ləngitdiyi üçün Baş Komandanı işdən çıxarmaqla onlara təsir etmək istəyir.

Xatırladaq ki, Zelenski ilə Zalujnı arasında münaqişə ilə bağlı məlumatlar bir neçə aydır ki, mediada yayılır. Bu cür mesajların verilməsinə ilk səbəb Baş Komandanın The Economist jurnalında dərc olunan məqaləsində döyüş meydanındakı vəziyyəti çıxılmaz olaraq dəyərləniyi səbəb olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Ən çox oxunanalar