Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski “Azovstal” müdafiəsinə rəhbərlik edən komandirlərlə Türkiyədən qayıdır

“Azovstal” metallurgiya zavodunun müdafiəsinə başçılıq edən bütün ukraynalı komandirlər Rusiya əsirliyindən azad edildikdən sonra Türkiyədən Ukraynaya qayıdırlar.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda bildirib.

“Biz Türkiyədən vətənə qayıdırıq və qəhrəmanlarımızı vətənə aparırıq”, - dövlət başçısı yazıb.

Qeyd edək ki, siyahıda beş hərbçinin adı və soyadı var: “Redis” ləqəbli “Azov”un komandiri Denis Prokopenko, “Volina” ləqəbli 36-cı Əlahiddə Dəniz Briqadasının komandiri vəzifəsini icra edən Sergiy Volınski, “Kalina” ləqəbli “Azov” komandirinin müavini Svyatoslav Palamar, Ukrayna Milli Qvardiyasının mayoru Oleq Xomenko, Ukrayna Milli Qvardiyasının polkovniki Denis Şleqa.

Xatırladaq ki, mayın 20-də 81 günlük mühasirədən sonra Mariupolun müqaviməti sona çatıb. Şəhər meriyasının məlumatına görə, Rusiya qüvvələrinin təcavüzü nəticəsində şəhərdə azı 10 min dinc sakin həlak olub.

Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayı olub. Şəhərin tam mühasirəsi, qismən işğal edilməsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etmir və bu səbəbdən Rusiya qüvvələri Mariupolu – xüsusilə şəhərin dörddəbir hissəsini tutan “Azovstal” zavodunu tam ələ keçirə bilmirdi.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Ən çox oxunanalar