Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski: ABŞ-dan bu barədə mənə heç nə deyilməyib...

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ kəşfiyyatının məxfi sənədlərinin mediaya sızması barədə danışıb....

Poliqon xəbər verir ki, prezident The Washington Post qəzetinə müsahibəsində çox məxfi sənədlərin kütləvi şəkildə sızması ilə bağlı Ağ Evlə heç bir söhbətinin olmadığını bildirib.

“Mən nə Ağ Evdən, nə də Pentaqondan əvvəlcədən məlumat almamışam. Bizdə belə bir məlumat yox idi. Bu, şübhəsiz ki, pis vəziyyətdir”, deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, sızıntı Ukrayna üçün, eləcə də Ağ Ev və Amerika Birləşmiş Ştatlarının reputasiyası üçün sərfəli deyil. Bunun ölkələr arasında etimadın zəifləməsinə səbəb olub-olmadığını gəlincə, Zelenski “Mən dövlətimizi riskə ata bilmərəm”, deyib.

Prezident bildirib ki, şəxsi hisslərin nümayişi ilə ABŞ-ın dəstəyinə potensial zərər vurmağa dəyməz: “Açıq danışa bildiyim yerdə bunu edirəm. Amma böyük risklər var. Əgər bu mənim Putinə qarşı müharibəm olsaydı və döyüş meydanında ikimiz olsaydıq, onlar haqqında düşündüklərimi hamıya deyərdim. Amma burada hekayə fərqli, bir az başqadır. Biz hamımız məsuliyyət daşıyırıq”.

Qeyd edək ki, aprel ayında sosial şəbəkələrdə Ukraynadakı müharibə ilə bağlı Amerikanın məxfi sənədləri dərc olunmuşdu, o cümlədən bir sıra digər ölkələr üzrə xarici kəşfiyyat xidmətlərinin qiymətləndirmələri də yer almışdı.

The New York Times qəzeti yazır ki, sənədlərdə sursat çatışmazlığı səbəbindən Ukraynanın hava hücumundan müdafiəsi üçün təhlükə barədə məlumatlar var. Onlar həmçinin ABŞ kəşfiyyatının Ukraynanın əks-hücum əməliyyatında “uğur qazanacağını” proqnozlaşdırdığına dair sübutları da ehtiva edir.

CNN-in məlumatına görə, bu sızıntıdan sonra Ukrayna hərbi əməliyyatlarla bağlı planlarını dəyişib. Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyi Pentaqonun sənədlərinin sızmasının doğru və yalan məlumatın qarışığı olduğunu bildirir.

Aprelin 13-də Federal Təhqiqatlar Bürosu Massaçusetsdə ABŞ Milli Hava Qvardiyasının 102-ci Kəşfiyyat Qanadının əməkdaşı 21 yaşlı Cek Teyşeyranı saxlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

Azərbaycan bayrağı Dövlət bayrağı meydanına qaytarılıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay