Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaxarova: Kiyev zəhərli maddələrdən istifadə etməklə təxribat hazırlayır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Ukraynada Qərb istehsalı olan zəhərli maddələrdən istifadə edərək Rusiyanı ittiham etmək üçün təxribat hazırlandığını istisna etmir...

Poliqon xəbər verir ki, Rusiya XİN-nin sözçüsü bu barədə həftəlik brifinqdə danışıb. Zaxarova qeyd edib ki, BMT strukturları və media Rusiyaya qarşı informasiya kampaniyası üçün alətə çevrilə bilər.

Kiyevin BMT strukturlarında və dünya mediasında ölkəmizi guya bilərəkdən kimyəvi silahdan istifadə etməkdə ittiham etmək üçün yeni kampaniyaya başlamaq naminə Qərb istehsalı olan zəhərli maddələrdən istifadə etməklə növbəti anti-Rusiya təxribatının təşkili istisna oluna bilməz”, deyə Zaxarova bildirib.

Diplomat bununla bağlı Buça hadisələrini misal çəkib. O, vurğulayıb ki, kimyəvi silahdan istifadə nəticəsində ölənlər barədə hələ də konkret məlumat yoxdur. Zaxarova Rusiyaya qarşı təxribat təşkil edildiyi üçün bu qurbanların olmadığını vurğulayıb.

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi, general-leytenant İqor Kirillov Şimal Hərbi Dairə zonasında pestisidlərlə mümkün təxribat barədə daha əvvəl məlumat verib. Onun sözlərinə görə, bu planı həyata keçirmək üçün Kiyev hakimiyyəti kimyəvi reagentlərin və prekursorların idxalı üzrə ixtisaslaşan Ukraynanın “Realab” şirkətini əməkdaşlığa dəvət edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar