Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yuxarı qiymət həddi Rusiya neftini “bitirir” - Qiymət minimum həddə enib, alıcı isə yoxdur…

Moskva bütün bazarları sürətlə itirir. Rusiya büdcəsi neft bazarındakı vəziyyətlə əlaqədar astronomik məbləğlər itirməyə başlayıb...

Britaniya brendi ilə müqayisədə Rusiya neftinə endirimlər rekord həddə - 38 dollar/barelə çatır.

PİA.az xəbər verir ki, qiymət həddi Rusiyanın neft gəlirlərinə ağır zərbə vurmaqda davam edir və bu, ucuzlaşmaqda davam edən Rusiya neftinin qiymətinə birbaşa təsir edir.

Bir çox xəbər agentlikləri bildirirlər ki, bu gün Rusiya nefti ən aşağı qiymətə, 42,66 dollar/barelə satılıb ki, bu da dünənkindən 2,68 dollar ucuzdur. Maraqlıdır ki, “Brent” markalı neftin qiyməti qalxır və hazırda “Brent” Rusiya neftindən təxminən iki dəfə baha qiymətə - 80 dollara satılır.

Ekspertlər qeyd edirlər ki, Rusiya neftinə tələbat yoxdur, alıcılar onu sadəcə olaraq almaq istəmirlər.

Rusiya neftinin ticarətini təşkil edən Sankt-Peterburq Əmtəə və Xammal Birjasından daxil olan məlumata görə, bu gün 20 min ton xammalın bir barreli 42,66 dollardan satışına dair bir müqavilə imzalanıb.

Dünən 10 min ton neftin bir barelinin 45,35 dollara satışı ilə bağlı bir müqavilə imzalanıb. Keçən həftə Primorskda “Urals” neftinin qiyməti 43,72 dollar/barel təşkil edib ki, bu da Rusiya neftini almaq istəyənlərin olmaması ilə izah edilib”. Ekspertlər qeyd edirlər ki, Rusiya büdcəsi neft bazarındakı vəziyyətlə əlaqədar astronomik məbləğlər itirməyə başlayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar