Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi davam edib

ərşənbə günü Bakı Apellyasiya Məhkəməsində Gəncə şəhər merinə sui-qəsd törətməkdə ittiham olunan Yunis Səfərovun və bu cinayətdə əli olan digər 11 nəfərin işi üzrə proses davam edib. Prosesə Mirzəli Abbasov sədrlik edib.

Səfərovun özü istisna olmaqla, digər müttəhimlər və vəkillər prosesdə çıxış ediblər. Müdafiə tərəfi həmin şəxslərin günahsız olduğunu bildirib və onlara bəraət verilməsini xahiş edib.

Bundan öncə Səfərov bildirmişdi ki, Gəncə şəhərinin meri Elmar Vəliyevin özbaşınalığı və yerli sakinlərlə kobud rəftarı ilə əlaqədar sui-qəsd hazırlayıb və özü də törədib.

Apellyasiya Məhkəməsinin qərarı martın 30-da elan ediləcək.

*3 iyul 2018-ci il tarixində Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.

İyulun 10-da Gəncə şəhər administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.

Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın adam şərti olaraq azad edilib.

Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb. Həmin il avqustun 16-da məhkəmə Səfərovu ömürlük, digər müttəhimləri isə 18 ildən 20 ilədək azadlıqdan məhrum edib.

Hökm Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra qanuni qüvvəyə minəcək. (Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay