Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol polisindən xəbərdarlıq


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində turizm səyahətinə çıxamaq istəyən hüquqi və fiziki şəxslərə müraciət edib


 Müraciətdə bildirilir ki, son illər respublikada turizm sahəsində keçirilən islahatlar və turizm sektoruna dövlət tərəfindən göstərilən qayğı nəticəsində bu sahə inkişaf edib, ayrı-ayrı regionlara səfərə çıxan xarici və yerli turistlərin sayı artıb

"Bu səfərlərin təşkili müxtəlif turizm şirkətləri ilə yanaşı ayrı-ayrı fiziki şəxslər tərəfindən də həyata keçirilir. Lakin qeyri-müntəzəm şəkildə təşkil edilmiş turlar zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət etmələrinə nəzarət olunmur, daşımalara cəlb edilmiş nəqliyyat vasitəsinin marşrutun keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirilmir ki, bu da bəzən ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir.
 
Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi təhlükəsizliyin təmin olunması məqsədilə belə səfərlərin müasir, təhlükəsizlik elementləri ilə təchiz olunmuş xüsusi avtobuslara malik olan turizm şirkətləri vasitəsilə həyata keçirilməsinə üstünlük verilməsini məqsədəmüvafiq hesab edir, bu səfərlər ayrı-ayrı fiziki şəxslər tərəfindən təklif edildikdə isə onların müşayiət olunması və daşımalarda istifadə olunacaq nəqliyyat vasitəsinin seçilmiş marşrutlara uyğunluğu barədə məlumat əldə edilməsi üçün Baş DYP İdarəsinin 902 qaynar-xətt telefonuna müraciət olunmasını tövsiyə edir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Ən çox oxunanalar