Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yer kürəsini gözləyən tale...

Elm adamları bir gün planetin ölməkdə olan bir ulduz tərəfindən udulacağını düşünürlər...

“Bu, Yer kürəsinin son taleyidir”

Amerikalı astronomlar günəşə bənzər ulduzun Yupiterə bənzər planeti necə udduğunu qeydə alıblar. Onlar hesab edirlər ki, Yer kürəsini də eyni aqibət gözləyir.

Polqon xəbər verir ki, bu barədə The New York Times qəzeti yazır.

Tədqiqatın müəlliflərindən biri, Massaçusets Texnologiya İnstitutunun əməkdaşı Kişalay De qəzetə deyib ki, bu, Yer kürəsinin son taleyidir. Onun fikrincə, Yer beş milyard ildən sonra belə bir tale ilə üzləşə bilər.

Tədqiqatçıların fikrincə, Günəşdən daha yaşlı və Yerdən 12 min işıq ili uzaqlıqda yerləşən ulduz, genişlənərkən qaz halında olan planeti udub. Genişlənmə ulduzlar ölməyə başlayanda baş verir və onların genişlənməsi daxilində yerləşən hər hansı cismin udulması ilə müşayiət olunur.

De qeyd edib ki, udma prosesini öyrənmək “detektiv hekayəsi” kimidir. Tədqiqatçı 2020-ci ilin may ayında Kaliforniyadakı Palomar Rəsədxanası Teleskopu ilə qeyri-adi bir parıltı gördüyünü və baş verənləri müəyyən etmək üçün Havaydakı teleskopun məlumatından da istifadə edildiyini qeyd edib.

“Sonra proses infraqırmızı işıqda müşahidə edilib, və bu, planetin bir ulduz tərəfindən udulması idi”, deyə tədqiqatşı bildirib.

Məqalədə qeyd edilir ki, hadisədən bir ildən çox əvvəl planet ulduzun kənarına yaxın olub və ulduz onun atmosferinin bir hissəsini udmuşdu. Ulduz planeti tamamilə əhatə edəndə partlayış on gün davam etdi. Sonra planetin qalıqları udulduğu zaman daha altı ay ərzində güclü parıltı müşahidə edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Ən çox oxunanalar