Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yenidən qurulan Ağdamdan ən son görüntülər

Artıq 3 ildir ki, işğaldan azad olunan Ağdam şəhəri bu gün müasir şəhərsalmanın ən son modeli əsasında yenidən dirçəlir...

Poliqon musavat.com-a istinadən bildirir ki, hazırda dövlət başçısının tapşırığına uyğun olaraq birləşdirilən kəndlər və əhalinin artımı nəzərə alınaraq şəhər 100 min nəfər əhali üçün tikilir.

Şəhərin ərazisində Sənaye Parkının inşası uğurla davam etdirilir və artıq istehsal müəssisələrindən bir neçəsi işə salınıb. Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsinə zəmin yaradacaq. Artıq Bərdə-Ağdam dəmir yolunun və avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Yaşayış məhəllələri ilə yanaşı, şəhərin mərkəzində həm də tarixi-mədəni ərazi salınacaq və 22,5 hektarlıq ərazi Pənahəli xanın İmarət kompleksi, Çörək muzeyi, Dram teatrı, İşğal və Zəfər muzeyləri kompleksini əhatə edəcək. Ərazinin bir başında İşğal muzeyi, digər başında isə Zəfər muzeyi yerləşəcək. Onların arasında açıq səma altında 18 hektarda Memorial bağ salınacaq. Şəhər müasir üslubda bərpa edilsə də Memorial bağda xarabalıqlar, dağıdılmış binalar saxlanılacaq. Onlar olduğu kimi qorunacaq.

Onu da qeyd edək ki, yaxın illər ərzində Ağdam rayonu üzrə 9690 evin və mənzilin tikilməsi, bu evlərə 42361 vətəndaşın köçürülməsi nəzərdə tutulur.

Beləliklə, Ağdam tezliklə Azərbaycanın böyük sənaye və turizm şəhərlərindən biri olacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Cinayət planları ilə gəzən qatillər: Ailəsini baltalayanlar, övladını girov götürənlər...

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Ən çox oxunanalar