Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni nazirlərin 100 günü - təəssüratlar necədir?..

Aqrar və sosial sferada ciddi dəyişiklik vəd edilir; DMX-də, ekologiya və gömrük sahələrində pozitivlər müşahidə olunur

Azərbaycanda prezident seçkilərindən sonra yeni hökumət kabinetinin formalaşdırılmasından 100 gün ötür. Bu müddət ərzində yeni təyin olunan nazir və komitə sədrlərinin, xüsusilə də baş nazirin fəaliyyəti daim ictimaiyyətin diqqət mərkəzində olub.

100 gündə nələr baş verdi: yeni təyin olunan məmurlar nədən başladılar, hansı yeniliklər etdilər, nələrə nail oldular? Bu yazımızda bu kimi sualların cavabını tapmağa, yeni məmurların fəaliyyətinə qiymət verməyə çalışacağıq.

Nazirlər Kabinetinin yeni başçısının fəaliyyəti sələfindən ciddi fərqlənmir desək, yəqin yanılmarıq.

Nazirlər Kabinetinin saytında yer alan məlumatlardan aydın olur ki, Novruz Məmmədovun baş nazir olaraq imzaladığı ilk qərarlar 27 aprel 2018-ci il tarixinə aiddir. Həmin gün N.Məmmədov 4 qərar imzalayıb. Yüz günün tamamında baş nazirin imzaladığı qərarların sayı 152-dir.

N.Məmmədovun baş nazir kimi keçirdiyi görüşlərə gəlincə, müxtəlif hökumət təmsilçiləri ilə gündəlik görüşlərindən kənarda, ilk görüşü mayın 3-də ABŞ Konqresinin nümayəndə heyəti ilə olub. Baş nazir kimi ilk xarici səfərini iyunun 11-də Parisə reallaşdırıb. Səfərin məqsədi Bakının “Expo 2025" Ümumdünya Sərgisinə namizədliyi münasibətilə keçirilən təqdimat mərasimində iştirak etmək olub.

İyunun 22-də N.Məmmədovun yanında pambıqçılq sahəsinin inkişafı ilə əlaqədar müşavirə keçirilib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İyulun 9-da N.Məmmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya səfər edib.

İyulun 26-da N.Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə iclas keçirilib.

Ötən müddət ərzində yeni baş nazirin mətbuatla birbaşa təması olmayıb. Eyni zamanda N.Məmmədovun twitter hesabında da aktivlik qeydə alınmayıb. Halbuki baş nazir olanadək bu şəbəkədən aktiv istifadə edirdi....

Korrupsiyalaşmış sahələrdə nə dəyişib?

Yeni təyin olunan məmurların kollektivə təqdimatı zamanı iki sahədə əvvəl çalışan məmurların işi ciddi şəkildə tənqid olunub. Bunlar Dövlət Miqrasiya Xidməti və Diaspora ilə iş üzrə Dövlət Komitəsidir. Hər iki qurumun yeni rəhbərini kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib. Təqdimat mərasimlərində qurumların əvvəlki rəhbərlərinin fəaliyyəti kəskin tənqid olunub, korrupsiya və mənimsəmə hallarına yol verildiyi bildirilib.

Aprelin 24-də kollektivə təqdim olunan Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov mayın əvvəllərində ona yaxın yüksək vəzifəli şəxsi işdən azad edib.

Yeni rəis mayın 11-də Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

Mayın 18-də DMX-də ölkədə fəaliyyət göstərən yerli və xarici iş adamları ilə görüş keçirilib. Görüşdə məlumat verilib ki, DMX-də iş icazələrinə baxılma üzrə birbaşa Dövlət Miqrasiya Xidmətinin rəhbərinə müraciət imkanı təmin edən qaynar xətt yaradılıb. Bundan əlavə, Xidmətin facebook sosial şəbəkəsində hesabı yaradılıb.

Mayın 21-dən etibarən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması DMX regional miqrasiya idarələri ilə paralel olaraq Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən bütün “ASAN Xidmət” mərkəzlərində həyata keçirilməyə başlayıb.

DMX-nin fəaliyyəti beynəlxalq təşkilatların, həmçinin Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin də diqqət mərkəzindədir. V.Hüseynov xidmət rəhbəri kimi bu qisimdən ilk görüşünü Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla keçirib. Daha sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru ilə görüşlər olub.

İyunun 8-dən etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə miqrasiya qanunvericiliyinin tələblərini pozmaları ilə bağlı ölkəmizin ərazisinə girişlərinə və ölkəmizdən çıxışlarına məhdudiyyət qoyulub-qoyulmamasını elektron qaydada öyrənmək imkanı yaradılıb. Onlar bunu DMX-nin rəsmi intermet saytında yaradılan bölmədən rahatlıqla öyrənə bilirlər.

V.Hüseynovun təşəbbüsü ilə DMX yanında Məşvərət Şurasının yaradılmasına başlanıb.

Ötən müddət ərzində, həmçinin miqrasiya qanunvericiliyinə vətəndaşların mənafeyinə cavab verən bir neçə mühüm dəyişiklik edilib.

Əvvəlki rəhbərliyin fəaliyyətinin kəskin tənqid olunduğu daha bir qurum Diaspora ilə iş üzrə Dövlət Komitəsidir. Komitənin yeni rəhbəri Fuad Muradov bir gündə 5 vəzifəli şəxsi işdən azad edib. O, kadr dəyişikliklərinin qaçılmaz olduğunu deyib: “Cənab prezident diaspora işi ilə bağlı çox ciddi tapşırıqlar verib. Mütləq qaydada kadr dəyişiklikləri olacaq”.

Kadr islahatlarından sonra F.Muradov bir sıra ölkələrdə olan diaspor təşkilatları ilə görüşlərə başlayıb. Komitənin aktiv dəstəyi və təşkilatçılığı sayəsində Ukrayna Azərbaycanlıları Konqresi ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Təşkilatı birləşmək barədə qərar qəbul ediblər və bu prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün İşçi Qrupu yaradılıb.

İşçi Qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq barədə də razılığa gəlib və birləşmənin vacib olduğunu bildiriblər. Verilən məlumata görə, artıq Koordinasiya Şurasının ilk iclası keçirilib və təşkilatlar daha geniş miqyasda fəaliyyətə başlayacaqlarını elan ediblər.

Bundan əlavə, F.Muradov Avropada fəaliyyət göstərən diaspora təşkilatları ilə də təmaslara başlayıb. O, Almaniya və Fransaya səfər edərək oradakı azərbaycanlı icması ilə görüşlər keçirib. Komitə sədri həmçinin Gürcüstana da səfər edərək orada yaşayan azərbaycanlılarla görüşüb.

İctimai yükü böyük olan postlardan biri də əmək və əhalinin sosial müdafiəsi naziridir. Bu posta yeni təyin olunan Sahil Babayev də ilk növbədə kadr dəyişikliklərindən başladı. O nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol), Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevi, həmçinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Sabunçu, Qəbələ, Ağcəbədi və Nərimanov TSEK sədrlərini işdən azad edib. Bundan əlavə, yeni nazir Dövlət Sosial Müdafiə Fondunun 11 rayon şöbəsinin müdirini də vəzifədən uzaqlaşdırıb.

S.Babayev pensiya təminatı, əlilliyin təyini və məşğulluq istiqamətlərində ciddi dəyişikliklərin olacağını vəd edib. O, bu sahələrdə ciddi nöqsanların olduğunu da qeyd edib.

Mayın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə işçi qrupu fəaliyyətə başlayıb.

Mayın 3-də nazirlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri ilə görüş keçirilib. ƏƏSMN və BMT İnkişaf Proqramının birgə təşkil etdiyi görüşdə ümumilikdə 30-a yaxın beynəlxalq təşkilatın nümayəndələri iştirak edib.

Daha sonra Nazirlikdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), ölkəmizdə fəaliyyət göstərən sahibkarlar təşkilatlarının, ticarət palatalarının, istehsalçılar və ixracatçılar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib.

S.Babayev nazir kimi ilk xarici səfərini mayın 31-də Cenevrəyə edib. Səfərdə məqsəd Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak olub.

Yeni nazirin diqqət yetirməli olduğu daha bir sahəni isə dövlət başçısı göstərib. O, hökumətin bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı çıxışında ünvanlı sosial yardım sistemində çox ciddi problemlərin olduğunu, yardıma ehtiyacı olanların ondan istifadə edə bilmədiklərini, əksinə, ehtiyacı olmayanların yardım aldığını qeyd edib. Prezidentin bu çıxışından sonra ƏƏSMN də hərəkətə keçərək ünvanlı sosial yardım prosesinin şəffaflaşdırılması üçün ciddi işlərin görüləcəyini vəd edib.

Ölkə iqtisadiyyatının prioritet, eyni zamanda ən ağrılı sahələrindən biri olan kənd təsərrüfatına da yeni rəhbər təyin olunub. “ASAN Xidmət”dən Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə gətirilən İnam Kərimovun fəaliyyətinə qiymət verilməsi üçün ötən müddəti yetərli saymaq mümkün deyil. Nazir təyin olunduqdan sonra onun ilk işi nazirliyin strukturu, fəaliyyət sferaları ilə tanışlıq oldu. Buna görə də işinə regionlardakı tabeli qurumlara səfərlərdən başladı. Kadr dəyişikliklərindən də yan keçmədi. Belə ki, nazirlik aparatının, hüquq şöbəsinin, “Aqrolizinq” ASC-nin, Dövlət Fitosanitar Xidmətinin rəhbərlərini dəyişib, ASAN Xidmətdə birgə çalışdığı xeyli kadrı nazirlikdə müxtəlif vəzifələrə təyin edib.

İ.Kərimov həmçinin holland mütəxəssis Martis van Splanteri özünə eksperimental pilot layihələr üzrə məsləhətçi təyin edib. Bu mütəxəssis aqrar siyasət planlaşdırılması, əkinçilik, heyvandarlıq və istixana şəraitində tərəvəz yetişdiriciliyi sahəsində hökumət təşkilatları, inkişaf bankları (FMO daxil olmaqla) və özəl sahədə layihələr üzərində ixtisaslaşıb. Rusiya, Almaniya, Avstriyanın müxtəlif bölgələrində bir sıra iri layihələrin tərəfdaş və meneceri olub.

İ.Kərimov bir neçə dəfə geniş rezonans doğuran hadisələrin fonunda gündəmə gəlib. Bunlardan birincisi pambıq sahələrində baş verən kütləvi zəhərlənmələr, ikincisi, taxıl biçini üçün kombayn çatışmazlığının yaranması, üçüncüsü isə qarpızın qiymətinin yüksəlməsidir. Hər 3 hal üzrə 3 ay əvvəl təyin olunan nazirin suçlanması cəmiyyətdə İ.Kərimovun məqsədyönlü şəkildə hədəfə gətirilməsi barədə rəyin formalaşmasına səbəb olub...

Öz işinə kadr dəyişikliklərindən başlamayan yeganə məmur ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir. O, nazirlik aparatının rəhbəri istisna olmaqla, demək olar ki, heç bir kadra toxunmayıb. Lakin hadisələrə operativ reaksiyanın verilməsi, ictimai rezonans doğuran hallarla bağlı tez tədbirlərin görülməsi və sair baxımdan nazirliyin işində canlanmanın olduğunu söyləmək mümkündür.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin də ilk işi qurumda kadr dəyişiklikləri olub. Bir sıra mühüm postlara yeni təyinatlar olsa da, hələlik gömrük orqanlarının işində ciddi dəyişikliyin olduğunu söyləmək mümkün deyil.

Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yeni rəhbəri Rövşən Rzayev sabiq sədr Əli Həsənovun yaxın adamlarını tamamilə qurumdan uzaqlaşdırıb. Əldə olan məlumatlar onun komitənin fəaliyyətində xeyli dönüş yarada bildiyini deməyə imkan verir.

Beləliklə, yeni məmurlarımızın 100 günü arxada qaldı. Bu müddət onların fəaliyyətinin dəyərləndirilməsi, obyektiv qiymətin verilməsi üçün az zaman kəsiyidir. Buna baxmayaraq, arxaya baxıb baş verənlərin qısa təsvirini verməyə çalışdıq. İnşallah ki, daha dəqiq qiyməti 1 ilin tamamında verə biləcəyik. (musavat.com)

pia.az


Etiket: Yeni nazirlər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Ən çox oxunanalar