Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı DSX-də araşdırma aparılıb...

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən üç nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stress vəziyyətində cavab verib:

"Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir".

***

Bakıda Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilən xanım sürücünün qəza törədərək hadisə yerindən qaçdığı iddia olunub.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılmış görüntü ilə əlaqədar Bakı Şəhər Yol Polis idarəsində araşdırma aparılır.

***

Bakıda qəza törədən xanım sürücü hadisə yerindən yayınıb.

Bu barədə Avtosfer.az-a məlumat verən zərərçəkmiş sürücü başına gələn hadisənin görüntülərini videoya çəkib.

Belə ki, 99-RL-370 qeydiyyat nişanlı VAZ markalı avtomobilin sürücüsü 77-GH-786 qeydiyyat nişanlı KIA markalı avtomobili arxadan vurub. Lakin xanım sürücü qəza törətmədiyini iddia edərək hadisə yerindən yayınmağa çalışıb.

Zərərçəkən sürücü onun videosunu qeydə alan zaman, xanım sürücü nalayiq hərəkətlər edərək oradan uzaqlaşıb.

Qeyd edək ki, qəzaya səbəb olan xanım sürücünün Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilir.

Sözügedən videonu təqdim edirik:

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

İsrail Livana zərbə endirib, ölənlər və yaralananlar var

Ən çox oxunanalar