Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni “Media haqqında” qanun layihəsi söz azadlığı prinsiplərinə nə qədər uyğundur və çatışmazlıqlar nədir?..

Bu gün Milli Məclisdə “Media haqqında” Qanun layihəsi müzakirəyə çıxarılıb. Bir gün əvvəl qanun layihəsi haqqında fraqmentlər şəklində ictimaiyyətə məlumat verilib...

Media üzrə ekspert: “Media haqqında” Qanun layihəsi fraqment şəklində ictimaiyyətə təqdim edilməməlidir. Çünki bu qanun cəmiyyətin mediası üçün nəzərdə tutulub”.

“Mən bu gün layihəni əldə etdim və tanış oldum. Layihədə çox problemlər var. Layihədə jurnalistlərin faktiki olaraq bir fermaya yığırmış kimi registrasiyasını aparmağa düşünürlər. Bu da yolverilməzdir”.

Bu sözləri media üzrə ekspert Ələsgər Məmmədli Milli Məclisdə müzakirəyə çıxarılan “Media haqqında” Qanun layihəsini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Milli Məclisdə “Media haqqında” Qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi haqqında bir gün əvvəl fraqmentlər şəklində ictimaiyyətə məlumat verilib. Həmin fraqmentlərdən çıxış edərsək, bu qanun layihəsini necə dəyərləndirmək olar? Ümumiyyətlə qanun layihəsini konstitutsiyaya və söz azadlığı prinsiplərinə nə qədər uyğun hesab etmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı media üzrə ekspert, hüquqşunas Ələsgər Məmmədli ilə müzakirə edib.

Ələsgər Məmmədli: “Qanun layihəsində çox çatışmamazlıqlar bunu. Bu problemləri bir müsahibə ilə demək mümkün deyil”.

Dövlətin yalnız teleradio sahəsində lisenziyalaşdırma və tənzimlənmə funksiyasının olduğunu xatırladan ekspert PİA.az-a bildirib ki, bunun xaricində medianın kimi işlədəcək, kimi baş redaktor edəcək kimi məsələlərinə dövlət qarışmamalıdır:

“Media haqqında” Qanun layihəsi fraqment şəklində ictimaiyyətə təqdim edilməməlidir. Çünki bu qanun cəmiyyətin mediası üçün nəzərdə tutulub. Buna görə də qanun layihəsinə görə cəmiyyətə müraciət olunmalı idi.

Ayrıca Azərbaycan Avropa Şurasına üzv ölkədir. Avropa standartları baxımından bu qanun Venetsiya Komissiyasından keçməlidir. Bundan sonra layihə parlamentə təqdim olunmalıdır. İndiki halda da isə layihə sadəcə hazırlanıb. Layihə Milli Məclisə təqdim olunandan sonra da ictimai əhəmiyyət daşımayan hissələri hazır formada mediaya sızdırılıb.

Mən bu gün layihəni əldə etdim və tanış oldum. Layihədə çox problemlər var. Layihədə jurnalistlərin faktiki olaraq bir fermaya yığırmış kimi registrasiyasını aparmağa düşünürlər. Bu da yolverilməzdir. Dövlətin yalnız teleradio sahəsində lisenziyalaşdırma və tənzimlənmə funksiyası var. Bunun xaricində medianın kimi işlədəcək, kimi baş redaktor edəcək kimi məsələlərinə dövlət qarışmamalıdır.

Qanun layihəsində çox çatışmamazlıqlar bu problemləri bir müsahibə ilə demək mümkün deyil. Biz birinci gün geniş ictimai müzakirə aparacağıq. Bütün problemləri də orada qeyd edəcəyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Ən çox oxunanalar