Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiyanın Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib

Bu gün Yaponiyanın Azərbaycandakı səfirliyində Əlahəzrət İmperator Naruhitonun doğum günü münasibətilə rəsmi qəbul keçirilib...

PİA.az-ın məlumatına görə, ziyafətdə Yaponiyanın Azərbaycandakı səfiri Katori Teruyuki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, müxtəlif ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyafətdə çıxış edən səfir Katori Teruyuki bildirib ki, ötən il Azərbaycan Yaponiya münasibətlərinin inkişafı üçün yaddaqalan olub: “Mən xoşbəxtəm ki, bu tarixi günü sizinlə birlikdə qeyd edirəm. 2019-cu ilin mayında vəliəhd şahzadə taxt-tacı yapon imperatorundan təhvil aldı. Yaponiya yeni eranı alqışladı. İmperatorun doğum günü fevralın 23-dir. Bugünkü ziyafət isə imperatorun doğum gününü qeyd etmək üçün təşkil olunub”.

O qeyd edib ki, Yaponiya bu yay Olimpiya oyunlarına ev sahibliyi edəcək: “Ümid edirəm ki, Azərbaycandan da çoxlu sayda idmançı Yaponiyaya səfər edəcək. Yaponiyaya səfər edən azərbaycanlılar yapon mədəniyyəti və təbiəti ilə tanış ola biləcək”.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də ziyafətdə çıxış edib. M.Babayev bildirib ki, Yaponiya və Azərbaycan arasında hər zaman dostluq və tərəfdaşlıq əlaqələri mövcud olub:

“Hazırda ölkələrimiz arasında yüksək səviyyədə qarşılıqlı münasibətlər bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsinə zəmin yaradıb”.

O vurğulayıb ki, Azərbaycan və Yaponiya hər zaman beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına öz töhfəsini verib: “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllində Azərbaycanın mövqeyinə Yaponiyanın dəstəyi yüksək əhəmiyyət kəsb edir”. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Lavrov: "Ermənistanın Zəngəzurla bağlı mövqeyinin mənasını anlamaq çətindir"

Ən çox oxunanalar