Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda tarixi binaların estetik görünüşünü pozan minlərlə reklamın yayımı dayandırılıb

Son dövlər paytaxtın mərkəzi küçələrində, əsasən tarixi binaların estetik görünüşünü pozan minlərlə reklamın yayımı dayandırılıb...

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyinin Aparatında bu gün keçirilən ərazi reklam idarələri rəislərinin iclasında məlumat verilib.

Agentliyin Aparatının rəhbəri Nahid Qasımov və İdarə Heyəti sədrinin müşaviri Elmar Abasovun iştirakı ilə keçirilən görüşdə İdarə Heyəti sədrinin ötən üç ay ərzində verdiyi tapşırıqların icra vəziyyətinə baxılıb, gələcək hədəflər müəyyənləşdirilib.

Qeyd olunub ki, Bakı ilə yanaşı regionlarda da Agentliyin fəaliyyəti ilə bağlı qarşıya çıxan çətinliklərin müəyyən hissəsi həllini tapıb. Digər çatışmazlıqların həllinin sürətləndirilməsinin vacibliyi bildirilib. Vurğulanıb ki, son dövlər paytaxtın mərkəzi küçələrində, əsasən tarixi binaların esetik görünüşünü pozan minlərlə reklamın yayımı dayandırılıb.

Mərkəzi küçələrdə yerləşən açıq məkandakı reklamların yeni eskizləri hazırlanaraq sahibkarlara təqdim edilib. Bu işlər hazırda mərhələli şəkildə davam etdirilir.

İclasda açıq məkanda reklam yerləşdirilərkən şəhərlərin estetik görünüşünə diqqət yetirilməsinin, reklamlarda dövlət dilinin istifadəsinə dair tələblərə əməl olunmasının vacibliyi bir daha vurğulanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sevgi münasibətlərində birinci kim üzr istəməlidir? – Psixoloq danışdı

Ən çox oxunanalar