Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XXI əsrin GMO bəlası - Səssiz qatildən necə xilas olaq?

Bazarlarda tüğyan edən, süfrələrimizə ayaq açan geni dəyişdirilmiş məhsulların xərçəngin artmasında, müxtəlif xəstəliklərin yaranmasında rolu böyükdür

Müasir dövrümüzün qlobal bəlalarından biri də Genetik Modifikasiya olunmuş Orqanizmlərdir (GMO). Orqanizm dedikdə, bu həm insan, həm heyvan, həm də bitki ola bilər. Geni dəyişdirilmiş, yəni genetik modifikasiyaya uğramış bitki növü artıq soyuğa, həşəratlara və gəmiricilərə qarşı davamlı olur. İstehsal zamanı məhsuldarlıq artır, itki çox aşağı olur.

Bu səbəbdən fermerlər GMO məhsullar yetişdirməkdə maraqlıdırlar. Həmçinin heyvan yemlərinin də GMO-lu olması onların orqanizmində bəzi dəyişikliklərə səbəb olur. GMO-nun insan orqanizminə zərərli olması da artıq araşdırmalar nəticəsində sübut olunub.

Xarici ölkələrdə GMO məhsulları xüsusi qaydada markalanır və ilk baxışdan alıcıya bu malın GMO olub-olmaması haqqında informasiya verilmiş olur. Ölkəmizdə isə bu cür çeşidləmə həyata keçirilmir. Xüsusən kənd təsərrüfatı məhsulları bazarlarında GMO məhsulları seçmək çətindir.

Bəs görəsən, hansı məhsullar ekoloji baxımdan daha təmiz sayılır, yerli, yoxsa xarici? GMO daha çox hansı meyvə-tərəvəzdə aşkarlana bilər və alıcılar onu necə ayırd edə bilərlər?

“Yeni Müsavat”ın müxbiri paytaxtın ən böyük kənd təsərrüfatı bazarlarından biri olan “8-ci kilometr” bazarına baş çəkərək bu suallara cavab tapmağa çalışıb.

Qeyd etdiyimiz kimi, bazarlarda heç bir məhsulun üzərində onun GMO olub-olmamasını bildirəcək bir etiket vurulmayıb. Bununla belə, məhsulların heç də hamısının ekoloji baxımdan yararlı olmadığı hər kəsə bəllidir. Lakin problem odur ki, alıcılar buna fərq qoymadan daha çox görünüşcə gözəl olan meyvə-tərəvəzləri almağa üstünlük verirlər.

Satıcılar deyir ki, bazarda GMO məhsullara tələbatı artıran əsas məqam alıcıların məhsul alarkən onun görünüşünə fikir verməsidir: “Hamı standart, eyni boyda və üzərində bir nöqtə belə olmayan, qabığı parlaq olan meyvə almaq istəyir. Aydın məsələdir ki, bu cür məhsullar GMO-dur. Təbii şəkildə yetişən meyvələrdə adətən çürük də ola bilər, qurd da, ləkə də. Ancaq insanlar bu cür məhsulları almaq istəmirlər. Görünüşü gözəl olan o meyvələrdə isə dad yoxdur".

Digər bir satıcı isə kartofun da GMO-ya məruz qaldığını və bazardakı məhsulların böyük əksəriyyətinin bu növdən olduğunu vurğuladı: “Ən çox kartofların geni dəyişdirilir. Məqsəd daha dözümlü və gec xarab olan məhsul əldə etməkdir. Xaricdən idxal olunan kartofların əksəriyyəti bu baxımdan ekoloji sağlam deyil. Dünyada bəlkə də ən dadlı kartof Gədəbəy kartofudur. Bəzi ölkələrdən idxal olunan kartoflar yeməkdə saatlarla bişsə də yenə də çiy qalır. Məhz bu GMO əlamətidir. Yerli kartof isə qısa zamanda yumşalır, hətta dağılır. Hökumətin kartof idxalı ilə bağlı rüsumu artırması bu milləti xilas edən bir qərar oldu, GMO-lu məhsullar bazarda azaldı. İndi yerli fermerlər daha həvəslə istehsal edib bazarı təmiz məhsulla təmin edəcəklər”.

Satıcılar pomidor alarkən də diqqətli olmağı, üstü qırmızı, içi isə sarı damarlarla əhatə olunan lətsiz pomidorlardan istifadə etməməyi tövsiyə etdilər.

Həmsöhbət olduğumuz alıcılar da qidaların keyfiyyəti, xüsusən də meyvə-tərəvəzin ekoloji təmizliyi ilə bağlı çox narahat olduqlarını və seçim etməkdə çətinlik çəkdiklərini bildirdilər. Onların sözlərinə görə, bu baxımdan yerli məhsullara daha çox üstünlük verirlər. Çünki idxal məhsulları ölkəyə gətirilərkən yetərincə yoxlanmır, müayinələr aparılmır.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da artıq GMO-nun zərərli olması ilə bağlı fikrin təsdiq olunduğunu bildirdi: “GMO məhsulları sırf pul qazanmaq hərisliyi ilə insanların müdaxiləsi nəticəsində yaranmış məhsullardır və heyvan genlərinin bitkilərə keçirilməsi yolu ilə əldə edilir. 10 il olar ki, ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatı haqqında qanun qəbul olunub. Həmin qanunda genetik modifikasiya olunmuş məhsullar ekoloji təmiz olmayan məhsul kimi nəzərdə tutulur. Həmin qanunda GMO məhsullarının markalanması da qeyd olunub. Çox təəssüf ki, bu cür əhəmiyyətli bir qanunun işlək mexanizmi yoxdur və genetik modifikasiya olunmuş məhsullar markalanmır. GMO-nun lobbiçiliyini aparan bir çox qurumlar var, o cümlədən Ümumdünya Ticarət Təşkilatı. Onlar dəfələrlə bizim ofisimizdə olublar və məni fikrimdən daşındırmağa çalışıblar ki, guya GMO yaxşıdır”.

Ekspertin sözlərinə görə, bəzi hallarda hətta laboratoriyalar GMO məhsullarını ayırd etməkdə çətinlik çəkirlər: “Əhali bu haqda bir çox nəzəri məlumatlara sahib olsa da, GMO-nu ayırd etmək çox çətindir. Mən Azərbaycanda mövcud olan laboratoriyaları test etmək üçün xaricə səfərimdə 5 növ GMO məhsul gətirdim. Azərbaycanda bu məhsulları GMO-nu yoxlayan laboratoriyara verdim. Laboratoriyalardan biri qeyd etdi ki, burada GMO var, digəri isə müəyyən edə bilmədi. Mən ondan sonra anladım ki, ölkədəki laboratoriyalar məhsullara mükəmməl şəkildə nəzarət edə bilmir. Çox təəssüf ki, bazarlarımızda belə məhsullar satılır. Milli Məclisdə deputat Eldar İbrahimov GMO-nun əleyhinə olan adamdır. Lakin dövlət qurumlarında olan adamlar arasında GMO-nun tərəfdarları var və məni tənqid edirlər. Əgər haqlı olsaydılar və GMO yaxşı olsaydı, BMT-nin ”Ətraf mühitin və biomüxtəlifliyin qorunmasına dair" beynəlxalq sənədi və ondan irəli gələn yüzlərlə ölkənin ratifikasiya etdiyi Karfagen protokolu olmazdı. Ölkə başçısının da GMO-nun qarşısının alınması üçün verdiyi sərəncamlar var. Əlbəttə, GMO-nun yaxşı tərəfləri də var, məsələn, insulin GMO-dan alınır. Yalnız bunun üçün təklif olunmasını alqışlamaq olar. Lakin kənd təsərrüfatı məhsullarında bu, yolverilməzdir. O bitkinin ki, içindən toxum çıxmır və ya toxumu olsa da əkəndə məhsul bitmir, deməli, onlar GMO məhsullardır. Azərbaycan bazarında qarpız, kartof, pomidor kimi məhsulların bir qismi genetik modifikasiya olunub. GMO-nun ziyanı artıq sübut olunub. Ən qorxulusu odur ki, insanların nəsilartırmaq qabiliyyətinin azalması, xərçəngin artması, müxtəlif xəstəliklərin yaranmasında GMO-nun da təsiri var".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Politoloq: Paşinyan bu sınaqdan da çıxsa, Rusiyaya qarşı Qərbyönümlü siyasətini daha da gücləndirəcək...

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Ən çox oxunanalar