Cümə axşamı, 26 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-Gürcüstan münasibətləri hansı səviyyəyə qədər pisləşər bilər?

Xarici agentlər haqqında” qanunun qəbulundan sonra ABŞ-Gürcüstan münasibətləri kəskin pisləşib...

Politoloq: “Əgər bu gün Gürcüstan ABŞ-ın şərtlərini yerinə yetirsə, onların tələbləri ilə oturub-dursa, bu zaman Gürcüstan, sabah yeni qanun layihəsi və yaxud da digər addımlar atmaq ərəfəsində yenə də ABŞ-ın təzyiqləri üzləşə bilər”.

ABŞ-ın təzyiqlərinə təslim olduğu halda, Gürcüstanın suverenliyindən danışmaq olmaz”.

Bu sözləri politoloq İlqar Vəlizadə Gürcüstan-ABŞ münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.

Məlum “Xarici agentlər haqqında” qanunun qəbulundan sonra ABŞ-Gürcüstan münasibətləri kəskin pisləşib. Hətta demək olar ki, Vaşinqton və Tbilisi qarşlıqlı təhdid duelinə çıxıblar. Daha doğrusu Gürcüstan hakimiyyəti Vaşinqtondan gələn təhdidlərə sərt cavab verir.

Bəs, ABŞ-Gürcüstan münasibətləri hansı səviyyəyə qədər pisləşər bilər? Vaşinqton Tbilisiyə sanksiyalar tətbiq edib bütün ipləri qopara bilərmi? Ümumiyyətlə, hazırkı gərginlik ABŞ-ın regiondakı maraqlarına necə təsir edəcək?

Gürcüstanda baş verən prosesləri Poliqon-un əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Gürcüstana olan təzyiqlərə qarşı həm Azərbaycandan, həm də Türkiyədən dəstək var”.

Hər bir ölkə müstəqil siyasət yürütməyə başlayanda təhdidlərin artdığını vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, adətən həmin ölkəyə tərəfdaşları tərəfindən dəstək olur:

“Gürcüstan hökuməti ABŞ-la münasibətləri normallaşdırmaq üçün müəyyən şərtlər irəli sürüb. Şərtlər də bundan ibarətdir ki, ABŞ Gürcüstan istiqamətində dəsti-xəttini dəyişməlidir, ABŞ Gürcüstanın daxili işlərinə qarışmamalıdır, ABŞ Gürcüstanla bağlı irəli sürdüyü şərtləri geri götürməlidir.

Burada müəyyən mənada məntiq var. Bu məntiq də ondan ibarətdir ki, əgər bu gün Gürcüstan ABŞ-ın şərtlərini yerinə yetirsə, onların tələbləri ilə oturub-dursa, bu zaman Gürcüstan sabah yeni qanun layihəsi və yaxud da digər addımlar atmaq ərəfəsində yenə də ABŞ-ın təzyiqləri ola bilər. Gürcüstan yenə də cari siyasətdə dəyişiklik etməli olacaq. Bu halda da Gürcüstanın suverenliyindən danışmaq olmaz.

Cənubi Qafqazda Gürcüstandan başqa dövlətlər də var. Bütün dövlətlər də müstəqil siyasət yürüdürlər və eyni zamanda xarici müdaxilələrə nəzər yetirirlər. Bu da bir reallıqdır ki, hər bir ölkə müstəqil siyasət yürütməyə başlayanda təhdidlər artır. Amma həmin ölkəyə tərəfdaşları tərəfindən dəstək olur. Məsələn Gürcüstana olan təzyiqlərə qarşı həm Azərbaycandan, həm də Türkiyədən dəstək var”.

Nərminə UMUDLU

Poliqon.info

 

 

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Quru sərhədlər bu tarixədək bağlı qalacaq - Rəsmi

Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - Yenilənib

Azərbaycanda bu rayonların icra başçısı yoxdur

Yüksək vəzifə verilən Sevinc Həsənova kimdir? – Dosye

Qeyri-qanuni ticarət canlanır - Aİ ölkələrinin tütün bazarında nə baş verir?

Azərbaycanda terror aktı hazırlamaqda ittiham olunan şəxs: İngilis casusuna aid kitab mənə maraqlı gəldi

Dövlət Gömrük Komitəsi “Veysəloğlu”ya cərimə yazdı – Məhkəmə araşdırması...

Ən çox oxunanalar