Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalı soyqırımı barədə Panama mətbuatında məqalə dərc edilib

Panamanın “Panama Revista” internet jurnalında Xocalı soyqırımı haqda yerli jurnalistlər Federiko Muinya və Hektor Barrosun müəllifləri olduğu “24 saat kifayət edir” başlıqlı məqalə dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı haqda məlumat verilir, bu amansız qətliam zamanı azyaşlı uşaqlar və qadınlar da daxil olmaqla 613 nəfər mülki azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirildiyi, yüzlərlə insanın yaralandığı və itkin düşdüyü bildirilir.

Dinc əhaliyə qarşı törədilmiş bu amansız qətliamın Xocalını əhalisi ilə birlikdə yer üzündən tamamilə silmək məqsədi daşıdığı deyilir və Ermənistanın keçmiş prezidenti, soyqırımının başlıca təşkilatçılarından olan Serj Sarkisyanın erməni tərəfinin Xocalıdakı cinayətlərinə dair etirafları qeyd olunur.

Xocalıda törədilmiş qətliamın soyqırımı xarakteri daşıdığı vurğulanır və bu faciənin bir sıra dövlətlər, o cümlədən Kolumbiya, Meksika parlamentləri, habelə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən rəsmi qaydada tanındığı məlumat verilir.

Yazıda, həmçinin faciənin canlı şahidi olmuş, əsir düşmüş və sağ qalmış soydaşlarımızın ağrılı xatirələrindən sitatlar gətirilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Ən çox oxunanalar