Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı

Azərbaycan xalqı qış fəslini xalq təqviminə uyğun olaraq, "çillə" adı ilə üç yerə bölüb. Bunlardan Böyük çillə 40 gün (21 dekabr - 30 yanvar), Kiçik çillə 20 gün (31 yanvar - 20 fevral), Ala çillə və ya Ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral - 20 mart) davam edir...

Rəvayətə görə, çillələr qışın oğullarıdır. El arasında Kiçik çillənin Böyük çilləyə nisbətən daha soyuq keçdiyinə inanılır.

Poliqon.info bildirir ki, bunu AZƏRTAC-ın bölgə müxbirinə AMEA-nın Gəncə bölməsinin əməkdaşı, folklorşünas Ruziyyə Quliyeva deyib.

O bildirib ki, çillə sözünün mənası əzab, əziyyət, çıxılmazlıq, çətin vəziyyət deməkdir. Çilləyə düşmək, çətinliyə düşmək mənasını verir. Xalq arasında qış - çilləyə, əzab əziyyətə düşmək kimi mənalandırılıb.

"Çillələr həm də Novruza qədərki qışdan çıxmaq mərhələləri hesab edilir. Kiçik çillənin xarakterik cəhəti, onun Böyük çilləyə nisbətən daha soyuq keçməsidir. Xalq arasında dolaşan rəvayətə görə, Böyük çillə ömrünü başa vurub geri qayıdanda yolda Kiçik çillə ilə qarşılaşır. Kiçik çillə Böyük çillədən soruşur: "Nə etdin?" Böyük çillə cavab verir: "Tayaları yarıladım, qovurma küpəsinin başını endirdim, qalaqları sökdürdüm". Kiçik çillə buna gülüb deyir: "Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam". Böyük çillə deyir: "Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır". İnsanlar Böyük çilləni rəhmli, qarlı, bərəkətli sayırlar. Kiçik çilləni isə amansız, sərt hesab edirlər,"- deyə R. Quliyeva bildirib.
Ətraflı

Kiçik çillə dövründə keçirilən mərasimlərdən biri də "Xıdır Nəbi"dir. Kiçik çillənin (fevralın) birinci ongünlüyünün "Xıdır Nəbi" adlandırıldığı, bu dövrün qışın ən sərt, çovğun-boranlı keçdiyi qeyd edilir. "Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı" atalar sözü də məhz buradan yaranıb.

Göründüyü kimi, xalq təqviminin mühüm mərhələsini təşkil edən bayramlarda fərqli ayinlər icra olunub və onların bir çoxu günümüzdə yaşamaqdadır. Qədim tariximizdən süzülüb gələn bu bayramlarımızın təbliğ edilməsi, gələcək nəsillərə çatdırılması isə hər birimizin borcudur.

Qeyd edək ki, fevralın 21-də ölkəmizdə ilk - Su çərşənbəsi, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı martın 20-sidir.

Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

poliqon.info


Etiket: qış fəsil


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

Ən çox oxunanalar