Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici ölkələrdə Xocalıya aid tədbirlər keçiriləcək


Milli Məclisin deputatları Hikmət Məmmədov, Çingiz Qənizadə və Flora Qasımova Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar xarici ölkələrdə təşkil olunacaq bir sıra tədbirlərdə iştirak edəcəklər


Parlamentin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, deputatlar Çingiz Qənizadə və Flora Qasımova fevralın 21-dən 23-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində səfərdə olacaqlar. Burada onlar Xocalıda hər iki valideynini itirmiş uşaqların acı taleyindən bəhs edən “Böyüməyən uşaqlar” adlı kitabın təqdimat mərasiminə qatılacaqlar. Sarayevo Beynəlxalq Universitetində keçiriləcək tədbirdə diplomatik korpusun nümayəndələri, KİV, QHT təmsilçiləri, habelə Srebrenitsada yaşanan faciə qurbanlarının ailə üzvləri iştirak edəcəklər.

Sonra deputatlar Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər. Burada onlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin və Bağçılar Bələdiyyəsinin dəstəyi ilə salınmış Azərbaycan Dostluq Parkının açılış mərasimlərində iştirak edəcəklər. İstanbulda keçiriləcək tədbirlərə deputat Hikmət Məmmədov da qatılacaq.

Eyni zamanda Milli Məclisin deputatı Cavanşir Feyziyev Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimlərində iştirak etmək üçün fevralın 22-də Böyük Britaniyanın paytaxtı London şəhərinə səfər edəcək.

Tədbirlərdə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı dəstələri tərəfindən amansızcasına qətlə yetirilmiş dinc insanların xatirəsi anılacaq, Xocalıda baş vermiş faciənin tarixi və ağır nəticələri barədə məlumat veriləcək, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılacaq. Xocalı qətliamını əks etdirən sənədlər ictimaiyyətin diqqətinə çatdırılacaq.

Cavanşir Feyziyev, eyni zamanda, İrlandiya parlamentində bir sıra görüşlər keçirəcək, buradakı həmkarları ilə qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Nüşabə Ələsgərli: "Ağıllı kişi istəyir ki.." - Video

Ən çox oxunanalar