Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTA sədri Belarusun kənd təsərrüfatı və ərzaq naziri ilə görüşüb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş arasında görüş keçirilib...

Poliqon xəbər verir ki, görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşdə daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Həmçinin Azərbaycan Respublikasının Belarus Respublikasının qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyinin tanınması və baytarlıq preparatlarının birgə istehsalı üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Belarusla əməkdaşlıq çərçivəsində imzalanmış, eləcə də imzalanması nəzərdə tutulan sənədlər nəzərdən keçirilib, müvafiq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

AQTA-da keçirilən görüşdən sonra Belarusun kənd təsərrüfatı və ərzaq naziri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. S.Bartoş iş prinsipini öyrənmək məqsədilə İnstitutun laboratoriyalarına baxış keçirib. Qonaq sınaqların həyata keçirildiyi laboratoriyalara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıb. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Laboratoriyalara baxış keçirildikdən sonra jurnalistlərə açıqlama verən Belarusdan olan nazir AQTİ-də laboratoriya sisteminin peşəkarlıqla qurulduğunu vurğulayıb. Həmçinin müvafiq müayinələrin yüksək səviyyədə aparıldığını bildirib.

AQTA sədri Q.Təhməzli Agentliklə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında qida təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Bildirib ki, Belarusun kənd təsərrüfatı və ərzaq naziri ilə aparılan danışıqlarda bu ölkədən respublikamıza idxal olunan yüksək riskli qida məhsulları üzərində dövlət nəzarətinin daha da gücləndirilnməsi müzakirə edilib. Eyni zamanda AQTA-nın bəzi məhsul qrupları istisna olmaqla, Belarusun qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyini tanıması barədə razılıq əldə olunub. Bu istiqamətdə danışıqların isə davam etdirilməsi qərara alınıb. AQTA sədri ölkəmizdə baytarlıq preparatlarının istehsalı ilə bağlı Belarusla birgə ekspert qrupunun yaradıldığını da vurğulayıb.

Poliqon.info


Etiket: AQTA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Qəbiristanlıqda qətlə yetirilən Bəhmən "Qisas" əməliyyatında iştirak edibmiş

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

DİN-dən xəbərdarlıq: Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb

Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutulub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay