Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

WSJ: Vasitəçilər Qəzza üçün 4 aylıq atəşkəs razılaşması üzərində işləyirlər

Beynəlxalq vasitəçilər İsrail və HƏMAS hərəkatı arasında dördaylıq atəşkəs müqabilində Qəzza zolağında saxlanılan girovları azad etmək üçün yeni razılaşma hazırlayır...

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” Misir rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, yeni razılaşma bir neçə mərhələni əhatə edir: birincisi, təcili tibbi yardıma ehtiyacı olan uşaq, qadın və qocaların azadlığa buraxılması üçün altı həftəliyinə döyüşlər dayandırılacaq. Bunun müqabilində İsrail xeyli sayda fələstinli məhbusu azad edəcək və Qəzzaya humanitar yardım axınını artıracaq.

Rəsmilər qeyd edirlər ki, HƏMAS daha sonra İsrail qadın əsgərlərini, ardınca isə kişi əsgərləri azad etməyə başlayacaq. Bunun müqabilində Fələstinin hərəkatı beynəlxalq (o cümlədən ABŞ-dən) zəmanətlər alacaq ki, hərbi əməliyyatlarda fasilə zamanı müharibənin daimi sona çatmasına yol açacaq hərtərəfli razılaşma əldə olunacaq.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar