Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

WP Pentaqonun “məxfi sənədlərini” sızdıra biləcək şəxsi tapıb...

ABŞ hərbi bazalarından birinin gənc əməkdaşı tərəfindən təşkil edilə bilər…

Poliqon xəbər verir ki, The Washington Post qəzetinin araşdırmasına görə, Pentaqonun “məxfi sənədləri”nin sızdırılmasını ABŞ hərbi bazalarından birinin gənc əməkdaşı tərəfindən təşkil edilə bilər.

Jurnalistlər həmin şəxslə dost olduqlarını iddia edən iki nəfəri tapıblar və anonimlik şərti ilə onlarla danışıblar.

Materialda “denonsator” “gənc xarizmatik sərxoş adam” kimi təsvir edilir. O, silahları sevir, Allaha inanır, idman avtomobilləri ilə maraqlanır və Discord-da “O.G.” ləqəbi ilə qapalı bir qrupun üzvüdür.

“O.G.” uzun müddət qapalı “Bear vs Pig” qrupunda “məxfi materiallar” paylaşsa da, on izləyənlər, əsasən azyaşlılar, eləcə də Rusiya və Ukraynadan olduğu iddia edilən istifadəçilər ordunun peşəkar jarqonunu çox az başa düşdüklərindən bu məxfi məlumatlara fikir verməyiblər. Daha sonra isə “O.G.” Pentaqonun hesabatlarını demək olar ki, şifrəsiz şəkildə çatda yerləşdirməyə başlayıb.

Əvvəlcə bu sənədlər Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı məxfi sənədlərin qeydləri olub. Tanışlarının dediyinə görə, “O.G.” Pentaqonun mobil və digər elektron qurğulardan istifadənin qadağan olunduğu təhlükəsiz obyektində yarım gün keçirib və bəzi sənədləri n şəkillərini çəkib.

Sonra “O.G.” həftədə bir neçə fotoşəkili dərc etməyə başlayıb. Jurnalistlər 300-ə yaxın şəklə baxdıqlarını iddia edirlər. Onların əksəriyyəti haqqında hələ də mətbuatda məlumat verilməyib.

“O, ağıllı adamdır. O, bu sənədləri yerləşdirərkən, şübhəsiz ki, nə etdiyini bilirdi. Bunlar təsadüfi sızma deyildi”, deyə “O.G.”-nin tanışlarından biri deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Ən çox oxunanalar