Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vyana Ştraus Festival Orkestrinin konserti keçiriləcək

Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Heydər Əliyev Mərkəzində çıxış edəcək

Bu, Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində üçüncü konserti olacaq. Musiqi kollektivi 2014-cü və 2016-cı illərdə Azərbaycandakı tamaşaçılarına maraqlı repertuar, peşəkar ifa və bayram ovqatlı konsert proqramı təqdim edib. Hər iki konsert anşlaqla keçib.

AzVision.az xəbər verir ki, noyabrın 26-dakı konsert proqramında dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohan Ştrausun, həmçinin digər klassiklərin – ata İohann Ştraus, Yulius Fuçik, Yozef Ştraus, Eduard Ştraus və Karl Mixael Tsirerin əsərləri ifa olunacaq.

Konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun rəhbərliyi ilə keçəcək. O, dirijorluqla yanaşı, həm də skripkada ifa edəcək.

1978-ci ildən fəaliyyət göstərən orkestr Ştraus Festival Orkestri Vyana musiqi ənənələrinin qoruyucusu kimi klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə dünyada nüfuz qazanıb.

Peter Qut Vyana Musiqi Akademiyasında təhsil alıb, daha sonra üç il Moskva konservatoriyasında tanınmış skripkaçı və dirijor David Oystraxın sinfində məşğul olub. О, mütəmadi olaraq tanınmış simfonik və kamera orkestrləri ilə birgə qastrollara çıxır və böyük opera teatrlarının səhnəsində təqdim olunan operettalarda dirijorluq edir. Peter Qut dirijor və skripkaçı kimi hazırda bütün dünyada məşhurdur.

Vyana Ştraus Festival Orkestrinin noyabrın 26-da Heydər Əliyev Mərkəzində keçəcək konsertinə biletlərin qiyməti 30-180 AZN arasındadır. Biletləri Mərkəzin kassasından və iTicket.az satış məntəqələrindən əldə etmək olar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay