Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vosmoy bazarı” bağlanır - Foto

Nazirlər Kabineti yanında operativ qərargahın dünən açıqlanmış qərarına uyğun olaraq, koronavirusla mübarizə tədbirləri çərçivəsində ötən gecədən etibarən ölkə ərazisində fəaliyyət göstərən iri ticarət mərkəzləri bir ay müddətinə bağlanıb. Bu baxımdan, oxucuları düşündürən suallardan biri bazarların bağlanıb-bağlanmamasıdır

Rəsmi olaraq "Ticarət mərkəzi-4" ASC adlanan, Bakının ən gur alqı-satqı yerlərindən biri olan, 8-ci kilometr qəsəbəsində yerləşən "Vosmoy bazarı" bu gün heç nə olmayıbmış kimi işləyir.

PİA.az oxu.az-a istinadən bildirir ki, qeyri-iş günü üçün alıcıların sayının az olmasına baxmayaraq, bazarın bütün hissələrində satış əvvəlki kimi davam edir.

Satıcılardan birinin bildirdiyinə görə, hələlik onlara bazarın bağlanması ilə əlaqədar heç kim məlumat verməyib, ümumiyyətlə, dəyişiklik yoxdur. Eyni zamanda, öyrəndik ki, piştaxtalara görə alınan icarə haqqının məbləği də dəyişməyib. Bir sözlə, burada "həyat davam edir".

Məsələn, son günlərdə iri marketlərdə göyərti satışı faktiki dayandırılsa da, bazarda belə bir qıtlıq yoxdur. Dəstəsi 20 qəpiyə istənilən göyərtini almaq olar. Bakıda əkiləni də var, yollar bağlı olsa da, rayonlardan gətiriləni də. Doğrudur, satıcılar alıcıların azalmasından gileylənirlər.

Yeri gəlmişkən, bazarda maskalı adamlara tək-tük rast gəlinir. Satıcıların maska taxmasından, əlcək geyməsindən danışmağa belə dəyməz. Sanki koronavirus təlaşı buradan yan keçib.

"Vosmoy bazarı"nın ərazisini əlindəki kiçik püskürdücü ilə dezinfeksiya edən təhlükəsizlik xidmətinin əməkdaşından öyrəndik ki, sabahdan bazarda alqı-satqı dayandırılacaq.

Düzü, satıcıların əksəriyyətinin bu qərardan xəbəri yoxdur. Çıxışda rastlaşdığımız mağaza sahiblərindən biri tamamilə başqa iddia irəli sürdü: "Alver olacaq, amma saat 15-ə qədər".

pia.az


Etiket: Bazar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Prezident Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib - Siyahı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay