Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Voleybol məşqçisi zorlamaya görə tutuldu: Qalmaqallı səs yazısı

İstanbulun Silivri rayonunda voleybol məşqçisi iki şagirdinə sataşdığı iddiası ilə həbs olunarkən, ortaya çıxan səs yazısı onu şoka salıb...

Poliqon lent.az-a istinadən bildirir ki, İstanbulda və Türkiyənin dörd bir yanında keçirilən voleybol yarışlarında qazandığı uğurlarla adından söz etdirən Silivri "Çağrıbeyspor" klubunun voleybol məşqçisi Umut Tilev qız şagirdinə təcavüz iddiası ilə həbs edilib.

Çağrıbey orta məktəbində klub məşqçisi və eyni zamanda bədən tərbiyəsi müəllimi olan Tilevin lisey şagirdi idmançı qıza etdiklərinə görə zərərçəkmiş qız şagirdin telefon səs yazısı yazıldıqdan sonra nəzarətə alındığı öyrənilib. Daha sonra günahını etiraf edib üzr istəyərkən, ikinci idmançı qızın da eyni iddialarla çıxış etdiyi məlum olub.

Bu iddialardan sonra Tilev ötən gün axşam saatlarında Silivri Respublika Baş Prokurorluğunun göstərişi ilə saxlanılıb.

Məlumata görə; Tilev Silivri Polis Şöbəsinə aparılaraq ifadəsi alınıb və o, polis bölməsində gecələyərkən çalışdırdığı voleybol komandasındakı qız tələbələrin və dərs dediyi məktəb haqqında da məlumat axtarılıb. Tilev polis idarəsində susmaq hüququndan istifadə edib.

Təcavüzə məruz qalan gənc qız polisə ifadəsində bildirib ki, məşqçisi onu evə aparmaq adı ilə maşınına mindirib və cinsi təcavüz edib. Başqa bir tələbə qızın da oxşar ittihamlar irəli sürdüyü və Tilevin prosesdən sonra prokurorluğa sövq edildiyi öyrənilib. Tilev tutularaq həbsxanaya göndərilib.

Bu arada, təcavüzə məruz qaldığını iddia edən qızın Umut Tilevlə telefon danışığını lentə aldığı üzə çıxıb.

Qız səsyazmada "Əl-ayağım titrəyir, qızınıza belə edilsə, xoşunuza gələrmi?", Umut Tilev isə "Bir daha belə olmayacaq. Rahat dinlənin, səhv etdim" deyib. Hərdən olur, üzr istəyirəm, bağışla, bunlar bizim aramızdadır", "Bir daha səhv etməyəcəyəm" deməsi eşidilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar