Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vilyam Hacıyevin məhkəməsinə ekspertin çağırılması ilə bağlı vəsatət qaldırılıb

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda Vilyam Hacıyevin vəkili Elmar Kərimov vəsatətlə çıxış edib.

Vəkil sənədlərin tədqiqi zamanı elan olunmuş yoxlama aktları ilə bağlı məhkəməyə ekspert çağırılmasını istəyib.

Vəkil Elmar Kərimov mənimsəmə kimi göstərilən məbləğin ehtimallar üzərində müəyyən edildiyini deyib: “Heç bir obyektə baxış keçirilməyib, baş mühasibin dediyi rəqəmləri köçürüblər. Ümumiyyətlə, işlə bağlı ekspert İmişlidə olmayıb. Xəstəni yoxlamamış ona xərçəng diaqnozu qoymaq olar?"

Dövlət ittihamçısı vəkilin dediklərini təkzib edərək, vəsatətin təmin olunmamasını tələb edib: “Bütün yoxlamalar düzgün aparılıb, yoxlama aktlarında da hər hansı qeyri-obyektivlik müşahidə olunmur”.

Məhkəmə vəsatətə növbəti prosesdə münasibət bildiriləcəyini elan edib.

Növbəti proses iyunun 24-ə təyin olunub.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Prezident Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib - Siyahı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay