Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Venediktov: “Pardon, o zaman 9M723 nişanlı “İsgəndər”lər Şuşaya necə uçub?...”

Şuşaya atılan “İsgəndər” raketləri “Exo Moskva” radiostansiyasının “Budem nablyudat” (“Müşahidə edəcəyik”) proqramında aparıcı Sergey Buntmanla baş redaktor Aleksey Venediktovun söhbətində müzakirə olunub. PİA.az söhbətin həmin hissəsini təqdim edir:

S.Buntman-İndi mən haradan uçub gəldiyi məlum olmayan “İsgəndər”lərlə məşğul olmaq istərdim.

A.Venediktov-Bəli, bu dolaşıq əhvalatdır.

S.Buntman-Bəli.

A.Venediktov-Baxın, doğrudan da minaların təmizlənməsi üzrə agentlik işləyir, həmişə olduğu kimi, münaqişələrdən sonra, təbii olaraq. Və iki “İsgəndər” operativ-taktiki raketlərinin qalıqları aşkarlanır. Və orada tanınma nişanı saxlanılır. Və o ilk növbədə prezident Əliyevə təqdim edilir, sonra qalanlara. Və Əliyev, mən başa düşdüyüm qədər, bu məsələ ilə bağlı Putinə zəng vurur. Nəyə görə Paşinyana deyil, Putinə? Birincisi, mən yada salıram ki, Paşinyan “İsgəndər”lərin atıldığını deyəndə onu fitə basdılar, gülüş hədəfinə çevirdilər, xüsusən bizim, Rusiyanın Müdafiə Nazirliyi. Və Putin dedi, və Peskov onu təkrarladı: “İsgəndər”lər tətbiq olunmayıb.

Problem bax bundadır. Həmin “İsgəndər”lərdə saxlanılmış “markirovka” göstərir ki, bu ixrac variantı deyil, bu həmin variant deyil ki, Ermənistana satılmışdı və nəticədə orada olmalı deyildi. 9M723 müstəsna olaraq Rusiya Silahlı Qüvvələrinin silahlanmasında olan raketlərin tanınma nişanıdır.

Və bu sırağagün olub, deyəsən həftənin cümə günü, Moskvada AzərbaycanErmənistan xarici işlər nazirləri ilə görüşlərin keçirildiyi bir vaxtda. MDB xarici işlər nazirləri Şurasının iclası gedir. Və orada Lavrova da bu dəlillər təqdim olunub. Mən başa düşdüyüm qədər o, heç bir cavab verə bilməyib. Və mənim başa düşdüyüm qədər Putin məsələni araşdırmağı tapşırıb, çünki belə hal olmalı deyildi. “İsgəndər”lərin buraxılması peykdən izlənir. Gümrü bazasından da heç nə uçmayıb. Ən azından bunu təkcə bizim peyklərimiz göstərmir, başqaları da çəkir.

Pardon, o zaman 9M723 nişanlı “İsgəndər”lər ora (Şuşaya) necə uçub gedib-üstəlik partlamayıb? Bu böyük sualdır. Doğrudur, indi nə istəsən fikirləşib tapmaq olar. Lakin Gümrüdən uçmayıb. “Markirovka” aydın deyil. Ümumən hələ ki, bizim diplomatların reaksiyası belədir: “Bu nə işdir belə?” Və mənim də reaksiyam belədir. Hesab edirəm ki, bu suala hər halda kimsə cavab verməlidir: hərbçilər Putin qarşısında, Putin Əliyev qarşısında. Çünki bu ciddi əhvalatdır.

Bilirsən, Seryoja, bu kimyəvi silah kimidir. Yəni sizin ixrac üçün nəzərdə tutulmamış “İsgəndər”ləriniz orada dolaşır, yəni ancaq Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alan raketlər. Belə ağrılı əhvalatdır.

S.Buntman-Bu çox ciddi əhvalatdır.

A.Venediktov-Doğrudan da cavab yoxdur.

S.Buntman-Bəli, bu “İsgəndər”lər aydın deyil. Onları “roqatkadan” buraxa bilməzsən ki, hətta səndə sadəcə olaraq raketlər varsa.

A.Venediktov-Bu, “Buk” (zenit-raket kompleksi) kimidir.

S.Buntman-Bəli, elədir. (Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay