Mokva Putinə dəvət göndərməsini tələb edib...
ABŞ ikitərəfli kanallar vasitəsilə bir sıra liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putini San-Fransiskoda keçiriləcək APEC sammitinə dəvət etmək niyyətində olmadığı barədə məlumatları Moskvaya çatdırıb.
Poliqon xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və Rusiyanın APEC-dəki yüksək vəzifəli nümayəndəsi Marat Berdıyev bildirib. Moskva Vaşinqtonun bu addımına cavab olaraq ABŞ-a sorğu göndərərək APEC-in sədr dövləti kimi üzərinə düşən vəzifələri yerinə yetirməsini və Putinə dəvət göndərməsini tələb edib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml Putinin APEC sammitinə dəvət ediləcəyini gözləmir və Rusiyanın mümkün iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul etməyib.
“Birləşmiş Ştatlar ikitərəfli kanallar vasitəsilə bizə məlumat verdi ki, mövcud sanksiya məhdudiyyətlərinə görə bu il bir sıra liderləri dəvət etməyi planlaşdırmırlar”, deyə Berdyev qeyd edib.
Bununla belə, Rusiya Amerika tərəfi ilə işini davam etdirir ki, tədbirin keçirildiyi ölkə tələb olunan lazımi prosedurları son nəticədə həyata keçirsin. Berdıyev də öz növbəsində Rusiya Federasiyasının yüksək rütbəli nümayəndəsi kimi onlarla fəal əlaqə qurur və yenidən Rusiya liderinə dəvət göndərilməsini tələb edən sorğu göndərir.
Poliqon.info