Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaşinqton Post” Rusiyaya qarşı konkret addımlara çağırır

Rusiyada həbsdə olan müxalif lider Aleksey Navalnı dörd həftəyə yaxın aclıq aksiyası keçirdi. Bu ərəfədə onun azadlığa buraxılması tələbi ilə ölkədə növbəti kütləvi aksiyalar təşkil olundu. “Vaşinqton Post” qəzetinin yazdığına görə, ABŞ prezidenti Cozef Bayden administrasiyasının yüksək rütbəli nümayəndələri də daxil olmaqla Qərb rəsmiləri Navalnının durumu ilə bağlı Kremlə sərt xəbərdarlıqlar ediblər. Onlar bildiriblər ki, Navalnı həbsxanada ölsə, Kreml bunun ağır nəticələri ilə qarşılaşacaq. Lakin “Vaşinqton Post” qəzeti hesab edir ki, Navalnını xilas etmək üçün əlavə, daha sərt addımlar atılmalıdır.

Novator.az-ın məlumatına görə, qəzetin dərc etdiyi “Qərb Navalnını qorumaq üçün nə edə bilər?” başlıqlı yazıda vurğulanır ki, əslində Qərbin Kremlə qarşı atmalı olduğu addımlar bəllidir və bunu ötən ilin sonunda Avropa Parlamentində dinləmələr zamanı Navalnı özü də deyib. Həmin vaxt Navalnı bildirib: “Biz özümüzdən soruşmalıyıq: onlar nədən ötrü adamları zəhərləyir, öldürür və seçkiləri saxtalaşdırırlar? Cavab çox sadədir: puldan ötrü. Ona görə də Avropa Birliyi pulu və rus oliqarxlarını hədəfə almalıdır”.

“Vaşinqton Post” yazır ki, Qərb ölkələri Rusiyanın bütün vətəndaşlarının Avropa Birliyi ərazisinə girişinə qadağa qoymaq kimi yanlış təkliflər irəli sürməməlidir, çünki həmin vətəndaşların bir qismi etiraz aksiyalarında polis dəyənəyinə tuş gəlmiş və həbsə məruz qalmış insanlardır: “Bundansa Kremlin çörəyinə yağ sürtən oliqarxların Rusiya sərhədlərini aşmasının qarşısı alınmalı, onların xaricdəki bank hesablarına girişinə imkan verilməməlidir. Və bütün bu tədbirlər təcili həyata keçirilməlidir”.

Qəzet xatırladır ki, Navalnı bu ilin yanvarında tutulmazdan qabaq Rusiyanın sanksiyalara məruz qoyulası iri iş adamlarının siyahısının tərtib olunmasına yardım göstərib. Həmin siyahıda Rusiya prezidenti Vladimir Putinin yaxın silahdaşları Roman Abramoviçin, Əlişir Usmanovun, Oleq Deripaskanın, Gennadi Timçenkonun və İqor Seçinin adları var: “Ancaq onların əksəriyyəti hələ də rahatca Atlantik okeanının o üz-bu üzünə səyahət edə bilirlər”.

“Vaşinqton Post” vurğulayır: “Qərbin Putin kleptokratiyasına səssiz dəstəyinə son qoyulmalıdır. Ölkəmizin siyasətini yalnız rus xalqı dəyişə bilər. Və Rusiyada küçələrə axışan insanlar bu dəyişiklik uğrunda genişlənən hərəkata rəhbərlik edirlər. Belə bir dövrdə Qərb demokratiyaları heç olmasa Rusiya rejiminə öz xalqı ilə şiddət, repressiya və qətl dilində danışmağı qadağan etməlidir”.

Mənbə: Washingtonpost.com

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar