Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbirlər keçiriləcək

“Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbirlər keçiriləcək...

“Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbirlər keçiriləcək. Fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəylik Komitəsi İctimai Birliyi (AJHKİB) tərəfindən icra olunan “Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbirlər təşkili” adlı layihə çərçivəsində icra olunacaq. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihənin koordinatoru Murad Ələsgərli bildirib ki, uşaqlar haqqında məlumat hazırlamağın prinsiplərini ehtiva edən nəzəri fikirlər mövcuddur. Bu prinsiplər Jurnalistlərin Etik Davranış Kodeksində, “Media haqqında” qanunda, digər normativ hüquqi aktlarda və beynəlxalq sənədlərdə öz əksini tapıbdır: “Amma internet informasiya resurslarının inkişafı, yeni media mühitinin formalaşması uşaqlar haqqında informasiya yayımaq şərtlərinə yenidən baxılması zərurətini yaradır. İcra edəcəyimiz layihə rəqəmsal media mühitində uşaqlar haqqında informasiya yayımının şərtlərinin araşırılmasını və modern nəzəri fikirlərin Azərbaycan auditoriyasına çatdırılmasını nəzərdə tutur”.

Murad Ələsgərli qeyd edib ki, layihə üç ay müddətində icra ediləcək: “Bu müddət ərzində uşaqlar haqqında informasiya yayımını ehtiva edən müasir nəzəri fikirlər araşdırılacaq. Toplanmış materiallar ekspertlərin iştirakı ilə ümumiləşdiriləcək, məqalə halına salınaraq, dərc ediləcək. Bundan əlavə, Bakı və Mingəçevir şəhərlərində jurnalistlər, QHT təmsilçiləri və sosial media fəallarının iştirakı ilə seminarların keçirilməsi planlaşdırılıb”.(www.yenicag.az)

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Ən çox oxunanalar