Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynalı diplomat Cənubi Koreyada içib dava saldı, geri çağırıldı...

Ukrayna Xarici İşlər Nazirliyi diplomatı Seuldan geri çağırıb və hadisə nəticəsində yaranan hər hansı əziyyət və ya narahatlığa görə Koreya ictimaiyyətindən üzr istəyib...

Poliqon xəbər verir ki, dünən, iyulun 26-da Cənubi Koreya KİV-i Ukraynanın ölkədəki səfirliyinin diplomatının sərxoş halda bar işçisinə və polisə hücum etmək ittihamı ilə yerindəcə saxlanıldığını bildirib.

Seul polisinin məlumatına görə, Ukrayna səfirliyinin 40 yaşlı nümayəndəsi iyulun 25-də hücum və ədalət mühakiməsinə mane olmaqda şübhəli bilinərək saxlanılıb. Bildirilir ki, ukraynalı diplomat barın qarşısında işçilərlə mübahisə edib və onu dayandırmağa çalışan işçiyə və münaqişəni həll etməyə gələn polisə hücum edib.

Polis ukraynalı şübhəlini yerindəcə yaxalayaraq, şöbəyə aparsa da, gecə saatlarında buraxıb.

Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko bildirib ki, diplomat Seuldan geri çağırılıb: "Ukrayna Xarici İşlər Nazirliyi Seulda səfirliyin əməkdaşının iştirakı ilə baş vermiş insidentin bütün təfərrüatlarını operativ şəkildə təhlil edib. Nəticədə diplomat uzunmüddətli ezamiyyətdən dərhal geri çağırılıb və Ukraynaya qaytarılıb".

Nikolenko əlavə edib ki, Ukraynanın xaricdəki diplomatik xidmətinin bütün əməkdaşları peşəkar və əxlaqi etikaya ciddi riayət etməli, həmçinin olduqları ölkələrin qanunvericiliyinə hörmət etməlidirlər.

Eyni zamanda, Ukraynanın Koreya Respublikasındakı səfirliyi bu gün, iyulun 27-də səhər saatlarında bəyanat yayaraq, hadisə nəticəsində yaranan hər hansı əziyyət və ya narahatlığa görə Koreya ictimaiyyətindən üzr istəyib. Səfirlik işin tam və qərəzsiz araşdırılmasını təmin etmək üçün Koreya rəsmiləri ilə sıx əməkdaşlıq etdiyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay