Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna kəşfiyyatı müharibə anonsu verir... - Rusiya yeni ərazilər işğal etmək istəyir?

Rusiyanın Ukrayna ilə yeni müharibəsi iqtisadiyyata, o cümlədən Rusiyanın gələcək varlığına necə təsir edə bilər?..

Hərbi ekspert: “Görünür Ukraynanın işğalda olan ərazilərini azad etmək üçün atdığı hansısa ciddi addımlar Rusiyanı narahat edib. Buna görə də Rusiya bu qədər böyük sayda qoşunu sərhəddə toplayıb”.

“Hazırda münaqişəsinin geniş miqyaslı müharibəyə çevrilməsi heç bir tərəf üçün uyğun deyil”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Rusiya və Ukrayna arasında başlayan gərginliyi PİA.az-a şərh edərkən qeyd edib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib ki, sərhədə 92 mindən çox hərbçi cəmləşdirən Rusiya 2022-ci ilin yanvar ayının sonlarında, fevral ayının əvvəlində Ukraynaya hücum edə bilər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi hücumun necə həyata keçiriləcəyi mexanizmini də açıqlayıb.

Kiril Budanov bildirib ki, Rusiya Odessa və Mariupol şəhərlərinə desant çıxaracaq. Ayrıca, Belarus sərhədindən də kiçik qüvvə ilə hücum başlayacaq. Bu hücum 14 minə yaxın ukraynalının həyatına son qoymuş 2014-cü ildəki münaqişə ilə müqayisədə daha dağıdıcı olacaq.

Kiril Budanovun müharibə xəbərdarlığ nədən xəbər verir? Rusiyanın yeni ərazilər əldə etmək üçün Ukrayna ilə müharibəyə gedəcəyinə inanmaq olar və bu müharibə Rusiya iqtisadiyyatına, o cümlədən gələcək varlığına necə təsir edə bilər?

Rusiya-Ukrayna münaqişəsini PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Münaqişə gərginliyin pik səviyyədədir. Lakin hazırda münaqişənin başlamayacağını və ya başlayacağını göstərən bir çox amillər var”.

Ukrayna ilə müharibənin Rusiyaya böyük xərclər hesabına başa gələcəyini bildirən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, Rusiyanın daxilində də bu ilhaq məsələləri ilə bağlı kifayət qədər ciddi narazılıqlar var:

“Bu ayın əvvəllərindən Rusiya Ukrayna sərhəddində 90 minə yaxın qoşun yerləşdirmişdi. Hazırda hər iki tərəfdə kifayət qədər gərginlik var. Daha əvvəl Ukrayna Türkiyədən aldığı “Bayraqdar” PUA-ları Donbas da uğurla tətbiq etmişdi və bu da Rusiyada ciddi narahatlıq yaratmışdı. Ardınca yeni aldığı ABŞ silahlarının, o cümlədən “Javelin” tank əleyhinə raket komplekslərinin tətbiqinə aid xəbərlər gəlməkdədir. Göründüyü kimi hər iki tərəfdən gərginlik getdikcə artır.

Hazırda Rusiyada səfərbərlik elan olunub və çox sayda şəxsi heyyət, texnika Ukrayna ilə sərhədə toplanmaqdadır. Münaqişə gərginliyin pik səviyyədədir. Lakin ortada münaqişənin başlamayacağını və ya başlayacağını göstərən bir çox amillər var. Məsələn Rusiya üçün indiki vəziyyətdə müharibənin başlanması uyğun bir variant deyil. Bu müharibə Rusiyaya qarşı kollektiv Qərbin ağır sanksiyalarına səbəb ola bilər ki, bunun da rubla təsiri qaçınılmaz olacaq. Hətta bu sanksiyalar Rusiyanın energetika sisteminə də tətbiq oluna bilər. Ona görə də düşünürəm ki, sərhədə qoşun toplamaq əsasən vəziyyəti gərgin saxlamaq və Kiyevi qorxutmaq məqsədi daşıya bilər.

Digər tərəfdən, əgər Ukraynanın iddia etdiyi kimi Rusiya Odessa və Mariupol şəhərlərini ələ keçirsə, ya da buna cəhd eləsə, NATO-da qırmızı təhlükə elan olunar və Rusiyanın bu addımı hər şeydən əvvəl Avropaya qarşı böyük təhlükə olaraq qiymətləndirilə bilər.

Eyni zamanda böyük ehtimalla Ukrayna da Rusiya kimi nəhəng dövlətə qarşı savaşmaq üçün gərəkən potentialı tam əldə etməyib. Bu üzdən də Ukraynanın Rusiyanın təcavüzünə tam olaraq cavab verə bilməsi də inandırıcı görünmür.

Əslində bu tipli xəbərlərin şişirdilməsi Ukraynaya daha çox sərf edir. Çünki Qərb tərəfdaşlarından daha çox hərbi və maddi yardımlar alır.

Ədalət Verdiyev: “Ukrayna bu mübarizədə haqlıdır. Biz birmənalı olaraq bu məsələdə Ukraynanı dəstəkləyirik, çünki Ukraybna da bizim kimi separatizmin qurbanıdır”.

Ümumilikdı hazırda münaqişəsinin geniş miqyaslı çevrilməsi heç bir tərəf üçün uyğun deyil. Çünki hər iki tərəf bundan böyük ziyan görəcək. Ukrayna yeni torpaq itkisi ilə üzləşdiyi kimi, Rusiyada beynəlxalq aləmdə ciddi itkilərlə üzləşə bilər ki, bu da Rusiyanın gələcək perespektivlərinə təhlükələr yarada bilər.

Lakin mən inanıram ki, Ukrayna gec-tez öz haqlı mübarizəsində qalib çıxacaq. Ukrayna Donbası, Luqanskı da azad edəcək. Ola bilsin Krım məsələsi bir qədər uzun müddət öz həllini tapmasın, çünki Krım üzərində həm Krım tatarlarının, həm Rusiyanın, həm də Ukraynanın hüquqi haqları var. Ümumiyyətlə isə Ukrayna bu mübarizədə haqlıdır. Biz birmənalı olaraq bu məsələdə Ukraynanı dəstəkləyirik, çünki Ukrayna da bizim kimi separatizmin qurbanıdır.

Görünür Ukraynanın işğalda olan ərazilərini azad etmək üçün atdığı hansısa ciddi addımlar Rusiyanı narahat edib. Buna görə də Rusiya bu qədər böyük sayda qoşunu sərhəddə toplayıb. Amma Ukrayna ilə müharibə Rusiyaya böyük xərclər hesabına başa gələcək. Yuxarıda dediyim kimi, bu da Rusiya iqtisadiyyatına çox mənfi təsir edəcək. Onu da qeyd edim ki, Rusiyanın daxilində də bu ilhaq məsələləri ilə bağlı kifayət qədər ciddi narazılıqlar var. İctimai fikirdə də artıq bir çoxları Rusiyanın Ukrayna ərazilərindən çıxmasının vacibliyini vurğulayır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay